Accessibility links

Ərdoğan: Hava hövzəsinin pozulmasına görə Ankara və Moskva arasında əlaqələr risk qarşısındadır


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya hərbi təyyarələrinin Suriya ilə sərhəddə ölkənin hava hövzəsini pozması ilə əlaqədar Ankara və Moskva arasında münasibətlərin gələcəyi ilə bağlı suallar qaldırıb.

"İstəmədiyimiz bəzi addımları atmalı olmuşuq. Türkiyə bunları qəbul edə bilməz"-deyə Brüsseldə Belçikanın baş naziri ilə görüşən cənab Ərdoğan bəyan edib.

Türkiyə Suriyada əməliyyatlar keçirən Rusiya döyüş təyyarələrinin onun hövzəsini ikinci dəfə pozduğunu bildirib. Türkiyənin Baş naziri Rusiya təyyarələrinin vurulacağı ilə bağlı xəbərdarlıq edib.

Rusiya səfiri son günlər ikinci dəfə diplomatik əbərdarlıq verilmək üçün Türkiyə Xarici İşlər nazirliyinə çağırılıb. Türkiyə Rusiya hərbi təyyarələrinin onun hava hövzəsini pozmasına etiraz bildirib. Türkiyənin döyüş təyyarələri Rusiya bombardmançı təyyarəsini əqib etmək üçün havaya qaldırılıb.

Türkiyənin Baş naziri Əhməd Davutoğlu Moskvaya xəbərdarlıq edib ki, Türkiyə Suriyada əməliyyatlarda iştirak edən hər hansı bir döyüş təyyarəsi ölkənin hava hövzəsini pozsa, onu vura bilər.

Rusiyanın Müdafiə nazirliyi bildirib ki, insident pis hava şəraitinə görə baş verib və burada heç bir qəsdin olduğunu düşünməyə əsas yoxdur.

NATO-nun Baş katibi Cens Stoltenberq
NATO-nun Baş katibi Cens Stoltenberq

NATO-nun Baş katibi Cens Stoltenberq müxbirlərə deyib ki, hava hövzəsinin pozulması hallarının təsadüfi olduğuna oxşamır.

O əlavə edib ki, təkcə İslam Dövləti qrupunun döyüşçüləri deyil, müxalifət qrupları da hücumlara məruz qaldığı və "mülki vətəndaşlar həyatını itirdiyi" üçün Rusiyanın Suriyada hərbi mövcudluğunu artırması ilə bağlı narahatlıqlar artmaqdadır.

XS
SM
MD
LG