Accessibility links

Türkiyə prezidenti çevriliş cəhdini pisləyir [VİDEO]


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Marmaris kurort şəhərində media mənsublarına danışır. 15 iyul, 2016.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Marmaris kurort şəhərində media mənsublarına danışır. 15 iyul, 2016.

Prezident Rəcəb Tayyip Ərdoğanın təyyarəsi şənbə günü erkən saatlarda İstanbul aeroportunda enib. Burada o, televiziya ilə canlı yayımlanan çıxışda bir qrup hərbi zabit tərəfindən edilən hərbi çevriliş cəhdini pisləyib və bunu vətənə xəyanət adlandırıb.

Şənbə günü sübh çağı polislər hərbçilərlə Taksim meydanında atışıblar. Xəbərlərə görə əsgərlər bir sıra hallarda silahı yerə qoyublar.

Yüzlərlə tərəfdarı Ərdoğanı Atatürk hava limanında qarşılayıb. Prezident bildirib ki, baş nazir Binəli Yıldırım qiyamda iştirak edən əsgərlərin məhvinə göstəriş verib və əlavə edib ki, hərbçilərin həbslərinə artıq başlanılıb.

“Hakimiyyət xalq tərəfindən seçilmiş hökumətə məxsusdur. Bu hökumət yalnız xalqın sözü ilə hakimiyyətdən gedəcək.” deyə baş nazir Binəli Yıldırım bildirib.

Türkiyə silahlı qüvvələrəi cümə günü ölkədə hakimiyyəti ələ keçirdiklərini bəyan ediblər. Amma şənbə günü səhər hökumət qiyamın yatırıldığını bəyan edib. Bütün ölkə boyu fövqəladə vəziyyət elan edilib.

Bütün gecə boyu vəziyyət qarışıq olaraq qalıb. İstanbul və Ankarada partlayış səsləri eşidilib. Qırıcı təyyarənin çevriliş təşkilatçıları tərəfindən istifadə olunan helikopteri vurduqları deyilir.

İnsanlar ordu tankının üzərində dayanıblar. Ankara, Türkiyə. 16 iyul, 2016.
İnsanlar ordu tankının üzərində dayanıblar. Ankara, Türkiyə. 16 iyul, 2016.

Şənbə günü sübh çağı polislər hərbçilərlə Taksim meydanında atışıblar. Xəbərlərə görə əsgərlər bir sıra hallarda silahı yerə qoyublar.

Anadolu xəbər agentliyinin məlumatına görə cümə günü Ankarada polis qərargahına edilən helikopter hücumu nəticəsində 17 polis zabiti öldürülüb.

Qərbin kəşfiyyat və müdafiə rəsmiləri NATO üzvü olan Türkiyədə vəziyyəti yaxından izləyirlər. Türkiyə ABŞ-ln İŞİD-ə qarşı mübarizəsində əsas müttəfiqlərdən biri sayılır. Ərdoğan hökuməti habelə Suriya prezidenti Bəşar əl-Əsədə qarşı döyüşən mötədil üsyançlıarı dəstəkləyir.

XS
SM
MD
LG