Accessibility links

Erdoğan: Avropanın təhdidləri davam etsə, sərhədləri açacağıq


Turkey's President Recep Tayyip Erdogan addresses a meeting of the Organization for Islamic Cooperation in Istanbul, Nov. 23, 2016. Erdogan warned the European Union Friday not to threaten membership talks.

Turkey's President Recep Tayyip Erdogan addresses a meeting of the Organization for Islamic Cooperation in Istanbul, Nov. 23, 2016. Erdogan warned the European Union Friday not to threaten membership talks.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqına xəbərdarlıq edərək bildirib ki, əgər qurum ölkəni təhdid etməyi davam etdirsə, o, yüz minlərlə miqrantın Avropa ölkələrinə getməsinə icazə verəcək.

İstanbulda qadınlara qarşı ədalətə dair konqresdə çıxış edən Ərdoğan Avropa Parlamentinin qəbul etdiyi icrası məcburi olmayan qətnaməyə münasibət bildirib. Qətnamə Aİ-dən Türkiyə ilə üzvlük danışıqlarını dondurmağı tələb edib və buna səbəb kimi iyulda hərbi çevriliş cəhdindən sonra hökumətin başlatdığı güclü basqılar göstərilir.

50 min mühacir Kapıkuleye çatanda səs saldınız ki, "Türkiyə sərhəd qapılarını açsa, biz nə edəcəyik. İndi baxın, bu hadisələr belə davam etsə, bu qapılar açılacaq.

Sərhəd qapıları açıla bilər

“50 min mühacir Kapıkuleye çatanda səs saldınız ki, "Türkiyə sərhəd qapılarını açsa, biz nə edəcəyik. İndi baxın, bu hadisələr belə davam etsə, bu qapılar açılacaq. Bunu bilməlisiniz. Nə mən, nə də bu xalqın boş təhdidlərdən vecinə deyil" - deyə Türkiyə prezidenti bildirib.

Ötən ilin mart ayında Avropa İttifaqı miqrantların Türkiyəyə qayıtmasına dair razılıq əldə etmişdi. Bunun qarşılığında isə Aİ qaçqınlara yardım ayırmalı və Ankaranın üzvlük danışıqlarını geri qaytarmalı idi.

İttifaqın qanunvericilərinin üzvlük danışıqarının müvəqqəti dondurulması çağırışlarına baxmayaraq, Aİ hökumətinin belə addım atacağı real deyil.

Show comments

XS
SM
MD
LG