Accessibility links

Ərdoğan Gezi parkı layihəsini məhkəmənin qərarına qədər təxirə salmağa söz verib



Türkiyənin baş naziri ilə görüşən etiraz aksiyalarının iştirakçıları onun məhkəmə qərar çıxarılına qədər İstanbulda Gezi parkı ilə bağlı layihənin təxirə salınmasına söz verib.

Taksim meydanı yaxınlığında Gezi parkının sökülüb yerində alış-veriş mərkəzinin yaradılmasına planlarına etiraz olaraq iki həftə bundan öncə nümayişlər hökumət və baş nazir Rəcəp Tayyib Ərdoğan əleyhinə aksiyalara çevrilmişdir.

Cənab Ərdoğanla görüşən nümayəndə heyətinin tərkibində Türkiyənin tanınmış sənət adamları da olub. Qrup üzvlərinin sözlərinə görə, baş nazir Ərdoğan məhkəmə hökumətin planına dəstəklə bağlı qərar çıxarsa, parkda inşa işləri ilə bağlı ümumxalq referendumu keçiriləcək.

İstanbulun Gezi parkında toplaşmış nümayişçilər baş nazirin cümə axşamı günü son xəbərdarlıq verməsinə baxmayaraq, orada qalmağa davam ediblər.
XS
SM
MD
LG