Accessibility links

Türkiyə prezidenti “Üzüklər Hökmdarı” filmindəki Qollama bənzədən həkimin taleyi hazırda bu bənzətmənin təhqir olub-olmağını müəyyən edəcək ekspertlərin əlindədir.

Facebook səhifəsində prezident Ərdoğanı J.R.R. Tolkyenin əsərindəki tükürpədici xarakterə bənzətdiyinə görə Bilgin Çiftçi 2 il həbs cəzası ilə üzləşə bilər. Mübahisəni onun Qollamı müsbət və ya mənfi qəhrəman kimi görməsi doğurub. Trilogiyada Qollam hər iki sifətdə görünür.

Bilgin Ciftçi

Bilgin Ciftçi

Ərdoğanın sifətində Qollamla eyni ifadələr olan şəkillərini nümayiş etdirən Çiftçi ilk öncə yerli xəstəxanada işini itirdi və oktyabr ayında saxlanıldı.

Ölkənin Qərb vilayəti olan Aydın məhkəməsi bu müqayisədən nəticə çıxarmaq üçün iki akademik, iki psixoloq və kino ekspertini dəvət edib. Hakim isə hər ehtimala qarşı belə populyar fimləri görmədiyini deyib. Qərar fevral ayında çıxarılacaq.

Son zamanlar Türkiyə prezident Ərdoğanı və digər yüksək səviyyəli şəxsləri tənqidinə görə jurnalistlərə və digərlərinə qarşı təqiblərə görə tənqid edilir. Sabiq “Türkiyə Gözəli” Merve Böyüksarac Ərdoğanı təhqirə görə cəzalandırılıb, digər iki jurnalist isə keçən həftə casusluq ittihamı ilə həbs edilib.

Türkiyə qanunlarına görə, prezidenti təhqir edən şəxs 4 ilə qədər həbs cəzası ilə üzləşə bilər. Jurnalistlər daha ağır cəzalara məhkum edilə bilər.

BBC-nin hesablamalarına görə, 2014-cü ilin avqust ayından, Ərdoğan seçiləndən bəri bu ilin mart ayına qədər prezidenti təhqir ittihamı ilə 236 nəfərə qarşı cinayət işi qaldırılb.

XS
SM
MD
LG