Accessibility links

Ərdoğan: Hollandiya bunun bədəlini ödəyəcək


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda mitinqdə çıxış edir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda mitinqdə çıxış edir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xarici işlər nazirinin ölkəyə buraxılmaması və başqa nazirin ölkədən çıxarılmasına görə Niderlanda xəbərdarlıq edib.

Ərdoğan NATO müttəfiqi olan Niderland hökumətini "nasizm" və "faşizm"də ittiham edərək deyib ki, yalnız repressiv rejim Anraka rəsmilərinin ölkəyə səfərinin qarşısını ala bilərdi.

Xarici işlər naziri Mövlud Çavuşoğlu və Ailə və Sosial Siyasət naziri Fatma Betül Sayan Kaya səs vermək hüququ olan Türkiyə vətəndaşlarının gələn ay ölkədə keçiriləcək referendumda Ərdoğana dəstəyini təmin etmək məqsədilə Niderlandda səfər edib.

Ailə və Sosial Siyasət naziri Fatma Betül Sayan Kaya və Energetika naziri Berat Albayrak Atatürk hava limanında mətbuat konfransı zamanı

Ailə və Sosial Siyasət naziri Fatma Betül Sayan Kaya və Energetika naziri Berat Albayrak Atatürk hava limanında mətbuat konfransı zamanı

Niderland hökuməti Çavuşoğlunun təyyarəsinin enişinə icazə verməyib. Bundan sonra Fatma Betül Sayan Kayanın Rotterdamda Türkiyə səfirliyinə daxil olmasının qarşısı alınıb. Niderland rəsmiləri Kayanı Almaniya sərhədinə qədər müşayiət ediblər.

Türkiyə prezidenti insidentlərə qəzəbli reaksiya verib. İstanbulda mitinqdə danışan Ərdoğan deyib: "Hey, Hollandiya! Əgər çərşənbə günü seçkilərə görə Türkiyə-Hollandiya münasibətlərini qurban verirsınsə, bunun bədələni ödəyəcəksın."

Hollandiya! Əgər çərşənbə günü seçkilərə görə Türkiyə-Hollandiya münasibətlərini qurban verirsənsə, bunun bədələni ödəyəcəksən.

Bundan öncə Türkiyənin baş naziri Binəli Yıldırım Ankaranın Niderlandın xarici işlər naziri Çavuşoğlunun ölkəyə buraxılmaması, başqa nazirinin isə ölkədən çıxarılması kimi "qəbul edilməz davranış"ına "ən sərt şəkildə" cavab veriləcəyini bildirib.

Niderlandın baş naziri Mark Rutteni çərşənbə günü anti-müsəlman partiyanın namizədi Geert Vilderslə seçkidə çətin rəqabət gözləyir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG