Accessibility links

Rəcəb Tayyib Ərdoğanın inaqurasiyası Türkiyədə prezident institutunun dəyişməsinə işarədir [Təhlil]


Cümə axşamı Türkiyədə yeni seçilmiş prezident Rəcəp Tayyib Ərdoğanın inaqurasiyası keçirildi. 11 il baş nazir vəzifəsində çalışan Ərdoğanın prezident seçilməsi onun hakimiyyətini möhkəmləndirilməsi istiqamətində sonuncu addımıdır.

Andiçmə mərasimini böyük izdihamla qeyd edən Ərdoğan bu ayın əvvəlində keçirilən seçkilərdə 52 faizlə qalib gələn ilk Türkiyə prezidenti oldu. Öz nitqində Ərdoğan ölkənin yeni dövrə qədəm qoyduğunu dedi. “Köhnə Türkiyə dövrü başa çatdı,” - deyə, o bildirdi və əlavə etdi ki, indi yeni, möhtəşəm Türkiyə dövrü başlayır.

Prezident Ərdoğan ilk dəfə seçki yolu ilə seçilən prezident olaraq yeni təyin olunmuş baş nazirlə yaxından əməkdaşlıq edəcəyini bildirdi.

Türkiyə konstitusiyasına əsasən prezident institutu simvolik, bitərəf mahiyyətə malikdir. Lakin Ərdoğan siyasətdə yaxından iştirak edəcəyini deyir.

Ərdoğan baş nazir olan vaxtlar baş qaldıran etirazların zorakılıqla dağıdılması ölkədə və beynəlxalq ictimaiyyətdə böyük narazılıqlara səbəb olmuş, Ərdoğanın avtoritarizmə meyl etməsi barədə söhbətlərə yol açmışdı.

Çıxışı zamanı o, Türkiyənin xarici siyasət prioritetlərindən və ölkənin Avropa Birliyinə daxil olmasının vaciblidindən danışdı. Ərdoğan qonşu Suriyadakı vətəndaş müharibəsinə toxunaraq, münaqişənin həllinin vacib olduğunu vurğuladı. O, Suriyada 200,000 nəfərin həlak olduğunu söylədi. “Biz buna biganə qala bilmərik, bizim əsas prioritetimiz sülh, əməkdaşlıq və regionda sabitlikdir,” - deyə, o bildirdi.

Bundan sonra Rəcəb Tayyib Ərdoğan sözü on illərdir yaxın silahdaşı olmuş Abdulla Gülə verdi. Gül prezidentlik müddətində vətəndaş cəmiyyətləri və məhkəmə ilə yaxından əməkdaşlıq etdiyini dedi.

Keçən il cənab Ərdoğan baş nazir olan vaxtlar baş qaldıran etirazların zorakılıqla dağıdılması ölkədə və beynəlxalq ictimaiyyətdə böyük narazılıqlara səbəb olmuş, Ərdoğanın avtoritarizmə meyl etməsi barədə söhbətlərə yol açmışdı.

Təhlilçilər deyirlər ki, məhz bu mənzərə inaqurasiya mərasimində heç bir Qərb dövləti liderinin iştirak etmədiyini izah edir. Mərasimə ABŞ özünün Ankaradakı səfirliyindən nümayəndə göndərmişdi. Vaşinqton israr edir ki, burada əlavə yozuma ehtiyac yoxdur və o, Türkiyə ilə əməkdaşlığa ümidlə baxır.

XS
SM
MD
LG