Accessibility links

Ərdoğan: Kürdlər Azad Suriya ordusu ilə birləşir


Türkiyə prezidenti Kobani şəhərini İslam Dövləti militantlarından müdafiə etmək üçün Suriya kürdləri ilə Azad Suriya Ordusunun güvvələrini birləşdirdiyini bildirbr.

Rəcəb Tayyip Ərdoğan Bugün jurnalistlərə açıqlamasında deyib ki, kürd qoşunları Qərbin dəstəklədiyi mötədil üsyançıların 1300 əsgərin Suriyanın Türkiyə ilə şimal sərhədinə keçirilməsi planını başa çatdırmaq üzrədir.

Kürd döyüşçüləri artıq iki aydır Kobaninin (Ayn al-Arabi) müdafiəsi uğrunda döyüşürlər.

Ankara İslam Dövlətinə qarşı mübarizəyə ultra-mühafizəkar yaraqlı qrupun sentyabrda Türkiyə sərhədinin bir neçə kilometrliyində həyata keçirdiyi hücümdan sonra cəlb olunub.

Lakin Türkiyə hələ də hərbi əməliyyata başlamayıb və İslam Dövlət yaraqlılarına qarşı bir neçə ölkənin daxil olduğu ABŞ-ın idarə etdiyi hava hücumlarına qoşulmayıb.

Fransa rəsmiləri hava hücumlarının İraqdakı İslam Dövlətinin silah arsenalını məhv etdiyini bildirib.

ABŞ ilə birgə Avropa və Ərəb tərəfdaş dövlətlər Suriya və İraqdakı yerli quru qoşunlara İŞİD militatanlarına qarşı mübarizədə yardım etmək üçün gündəlik hava hücumları təşkil edirlər.

Dünən ABŞ ordusu bildirib ki, İraq ordusunun itirdikləri torpaqları İslam Dövləti qrupundan geri alması hələ uzun müddət vaxt ala bilər.

XS
SM
MD
LG