Accessibility links

Ərdoğan Luisvilə səfərini yarıda dayandırır


Muhammad Ali Funeral Erdogan
Muhammad Ali Funeral Erdogan

Keçən həftə ağ ciyər çatışmazlığından vəfat etmiş əfsanəvi boksçu Məhəmməd Əlinin dəfn mərasiminə qatılmaq üçün ABŞ-ın Kentuki ştatının Luisvil şəhərinə gələn Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səfərini planlaşdırdığından 1 gün əvvəl başa vurub.

Amerikanın Səsinin Luisvilə ezam olunmuş müxbirinə bu qərarla bağlı açıqlama verilməyib.

Ərdoğanın cənazə namazı zamanı səhvlər səbəbilə qəzəbləndiyi deyilsə də, bu, rəsmi olaraq təsdiqini tapmayıb.

Ərdoğanın bu gün Məhəmməd Əlinin tabutunun Luisvil küçələrində daşınması mərasiminə və KFC Yum mərkəzində keçiriləcək vida mərasiminə qatılacağı planlandırılmışdı.

Məhəmməd Əli mədəniyyət mərkəzini ziyarət edən Ərdoğan Ahıska türkləri ilə birlikdə iftara qatılıb. İftardan sonra isə prezident Türkiyəyə geri dönüb.

Bundan başqa, Məhəmməd Əli mədəniyyət mərkəzinə gedərkən Ərdoğanın cangüdəni ilə Amerika Kəşfiyyat Servisi əməkdaşı arasında kiçik bir insidentin yaşandığı bildirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG