Accessibility links

Ərdoğan hotel hücumu sonrası Somaliyə səfər edib


Labada Madaxweyne oo hadiyado isweydaarsaday
Labada Madaxweyne oo hadiyado isweydaarsaday

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu gün Somali paytaxtına səfər edib. Bu, xarici dövlət başçısının müharibələrin dağıntılara məruz qoyduğu bir ölkəni ziyarət etdiyi nadir hallardandır.

Dünən Əl-Şəbəbin Moqadişudakı Ambassador hotelinə hücumuna baxmayaraq Ərdoğanın səfəri təxirə salınmayıb. Hücum nəticəsində 4 nəfər terrorçu da daxil olmaqla 24 insan həlak olub.

Prezidentin qısa müddətli səfəri müddətində Türkiyə və Somali dövlətləri arasında enerji, təhsil və polislərin təlimi ilə bağlı ikitərəfli müqavilələr imzalanıb.

Ərdoğan habelə Türkiyənin yeni səfirliyinin açılışında iştirak edib. Hind okeanına gözəl mənzərəsi olan Dünyada Türkiyənin ən böyük səfirliklərindən sayılan bu bina təxminən 10 əsr əvvəl Osmanlı imperiyası tərəfindən tikilən Əbdüləziz məscidinin yanında yerləşir.

Bu, 2011-ci ildən bəri Ərdoğanın Moqadişuya 3-cü səfəridir.

Türkiyə 2011-ci ildən Somaliyə 100 milyonlarla dollar yardım ayırıb. Ötən həftə Türkiyə Nazirlər Kabineti bu il üçün Somaliyə yardım məqsədi ilə büdcədən 24 milyon dollar ayrılmasını təsdiq edib.

Somaliyə səfəri öncəsi prezident Ərdoğan Uqanda və Keniyaya baş çəkib.

XS
SM
MD
LG