Accessibility links

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan inanır ki, ölkəsi Rusiya ilə münasibətlərində ən çətin mərhələsini yaşamaqdadır. Ərdoğan bu gün Sankt-Peterburq şəhərində Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonra açıqlama verib. Bu, Ərdoğanın 15 iyul hərbi çevriliş cəhdindən sonra ilk görüşüdür.

Hərbi çevriliş cəhdindən sonra götürdüyü ölçülərə görə Qərbin tənqidləri ilə üzləşən Ərdoğan Kremllə əlaqələri yaxşılaşdırmaq səyləri ilə Rusiyaya üz tutub. Ötən il Suriya sərhədində Rusiya təyyarəsini vurulmasından sonra Ankara ilə Moskva arasında münasibətlər xeyli pisləşmişdi.

"Ölkənizdəki daxili siyasətdə çətin anların yaşanmasına baxmayaraq sizin bugünkü səfəriniz göstərir ki, hamımız dialoqun yenidən başlamasını və Rusiya ilə Türkiyə arasında əlaqələrin bərpasını istəyirik" - deyə Putin Ərdoğana bildirib.

Karnegi Moskva Mərkəzindən Aleksandr Baunovun sözlərinə görə, bu görüş, hər iki tərəf üçün mox mühümdür, çünki hər iki tərəf Qərblə münasibətlərdə çətinliklərlə üzləşir.

XS
SM
MD
LG