Accessibility links

Ərdoğan Qarabağ məsələsində Azərbaycana dəstəyi artırır


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ münaqişəsində Ermənistan və Azərbaycan arasında son gərginliklərdən sonra Qafqazla bağlı daha qəti mövqe tutmağa başlayıb.

Rusiya, Türkiyə və İranın qonşuluğunda mürəkkəb geo-siyasi bölgədə yerləşən Emənistan və Azərbaycan arasında münaqişənin tarixi 1988-ci ildə Ermənistanın Azərbaycana torpaq iddiaları irəli sürdüyü vaxt başlayıb. 1992-ci ildən müharibə nəticəsində Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağ və ətrafdakı yeddi rayon daxil olmaqla Azərbaycan ərazilərinin 20 faizini işğal edib.

Bu ayın əvvəli Dağlıq Qarabağda münaqişəsinin qızışması beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olub. Türkiyə prezidenti isə Dağlıq Qarabağın Azərbaycana qaytarılacağına söz verib.

"Bu, türklərin ürəyinin ən nazik tellərinə toxunan bir məsələdir, çünki onlar qardaşdır və türklər Azərbaycan haqlı da olsa, haqsız da, onu dəstəkləyəklər. Onlara dəstək var."-Murad Bilhan

Sabiq səfir, hazırda Ankarada yerləşən Türkiyə Asiya Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Murad Bilhan bildirib ki, Ərdoğanın açıqlamaları Türkiyənin məsələ ilə bağlı narahatlıqlarını əks etdirir: "Bu, türklərin ürəyinin ən nazik tellərinə toxunan bir məsələdir, çünki onlar qardaşdır və türklər Azərbaycan haqlı da olsa, haqsız da, onu dəstəkləyəklər. Onlara dəstək var."
Azərbaycan və Türkiyə çox vaxt bir-birini "bir millət, iki dövlət" adlandırır.

Azərbaycana dəstək xüsusilə Türkiyədə millətçilər və dindar türklərdən gəlir.
İstanbulda Süleyman Şah universitetində siyasi elmlər üzrə mütəxəssis Çingiz Aktar deyir ki, Ərdoğan prezident səlahiyyətlərinin referendum yolu ilə gücləndirilməsinə və elektoratın dəstəyini özünə təmin etməyə çalışır: "Türkiyə prezidenti millətçi seçiciləri qane etmək üçün hər kəsdən və hər şeydən və imkan düşən kimi milli heysiyyatdan istifadə edir."

Ərdoğan Ermənistanı Dağlıq Qarabağda son toqquşmalara görə məsuliyyət daşıdığını deyərək tənqid edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyev
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyev

​ Ermənistan Qafqaz bölgəsində Moskvanın yaxın müttəfiqidir. Müşahidəçilərin fikrincə, Qafqaz regionun Ankara və Moskva arasında gərginliyə daha bir nümunə ola bilər.

Ərdoğan zorakılıqların qarşısının alınması üçün Moskva, Vaşinqton və Parisin vasitəçilik etdiyi diplomatik səylərin baş tutmamasını tənqidlərə məruz qoyub. Bu kimi açıqlamalar Türkiyə mətbuatında Ankaranın münaqişənin hərbi yolla həlli üçün qapı açdığı kimi dəyərləndirilib.

"Təbii ki, bu, Türkiyənin atmaq istədiyi addımlarda dəyişiklik və daha fəal istiqamətə işarə edir. Lakin bu məsələdə siyasətin dəyişdirilməsi Ərdoğanın özü üçün də çətindir. Ona görə ki Türkiyənin təsisatları ehtiyatlı və tədbirli mövqedə olub və bunun beynəlxalq miqyasda mümkün nəticələrini yaxşı anlayır."-Sinan Ulgen

Lakin Karnegi institutunda mütəxəssis Sinan Ulgen bildirib ki, bu, Türkiyənin siyasətində əsaslı dəyişiklik ola bilər. Təhlilçinin fikrincə, buna ölkə daxilində müqavimət göstəriləcəyini gözləmək olar: "Təbii ki, bu, Türkiyənin atmaq istədiyi addımlarda dəyişiklik və daha fəal istiqamətə işarə edir. Lakin bu məsələdə siyasətin dəyişdirilməsi Ərdoğanın özü üçün də çətindir. Ona görə ki Türkiyənin təsisatları ehtiyatlı və tədbirli mövqedə olub və bunun beynəlxalq miqyasda mümkün nəticələrini yaxşı anlayır."

Ulgen qeyd edir ki, Ərdoğan bundan əvvəl Suriyaya müdaxilə ilə bağlı hədələrlə çıxış etmişdi, lakin generalların müqavimətindən sonra bu geri çəkilmişdi. Lakin bütün bunlara baxmayaraq, Türkiyə prezidenti özünə daha geniş siyasi güc təmin etmək səylərini davam etdirir və millətçi seçiciləri Türkiyənin xarici siyasətində daha qəti kursun götürülməli olduğuna inandırmağa çalışır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG