Accessibility links

Ərdoğan Rusiyaya xəbərdarlıq edir [Video]


Ərdoğan Rusiyaya xəbərdarlıq edir
please wait

No media source currently available

0:00 0:02:53 0:00

Ərdoğan Rusiyaya xəbərdarlıq edir

Türkiyə Rusiyanı bir daha hava hövzəsini pozmaqda ittiham edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya xəbərdarlıq edir ki, Türkiyəyə qarşı hər hansı bir təcavüz NATO-ya qarşı təcavüz sayılır. Brüsselsə səfərdə olan Türkiyə dövlət başçısı qaçqınları Suriya höküməti qüvvələrindən qorumaq məqsədilə Suriyanın şimalında uçuşların qadağan olunmasına çağırıb. Avropa Türkiyəyə qaçqın böhranına yardım məqsədilə 1 milyard dollardan çox ianə ayırıb.

Türkiyəyə qarşı hər bir təcavüz NATO-ya qarşı təcavüzdür
Rəcəb Tayyib Ərdoğan

Türkiyə Rusiyanı bir daha hava hövzəsini pozmaqda ittiham edib. Çərşənbə axşamı Brüsseldə rəsmi səfərdə olan prezident Ərdoğan Moskvaya qarşı sərt mövqedən çıxış edib.

“Türkiyəyə qarşı hər bir təcavüz NATO-ya qarşı təcavüzdür,” deyə o bildirib.

Ərdoğan və onun avropalı həmkarları Rusiyanın Suriya prezidenti Bəşər Əl-Əsədin müttəfiqi olduğu və müxalif qrupları bombaladığı üçün Suriyadakı böhranın həllində yer ala bilməyəcəyi üzərində razılaşıblar.

Suriya müharibəsi nəticəsində dörd milyondan çox insan ölkədən qaçıb. Türkiyə iki milyon qaçqına ev sahibliyi edir, yüz minlərlə digər qaçqın isə Avropaya səfər edib.

Türkiyə lideri böhrana öz həllini irəli sürüb.

“Çözümlərdən biri təlim və avadanlıqlara diqqət yetirməkdir. İkinci həll terrordan müdafiə olunan təhlükəsizlik, üçüncü isə “uçuşlara yasaq” sonanın elan edilməsidir.”

Təhlilçilər deyir ki, bu kimi “təhlükəsizlik zonasının” yaradılması Türkiyəyə ərazidəki kürd silahlı dəstələr üzərində böyük nəzarət verəcək.

“Əsas tələb Suriyanın şimalında uçuşlara qadağa bölgəsi yaratmaqdır. Beləliklə kürd hərəkatının qarşısı alına bilər.”

Avropa Türkiyəyə qaçqın böhranı ilə əlaqədar kömək etmək və qaçqınların Avropaya keçmələrinin qarşısını almaq üçün sərhədlərini möhkəmləndirmək məqsədilə 1,12 milyard dollar yardım təklif edib. Əvəzində isə Türkiyə vətəndaşlarının Avropa Birliyinə visasız səyahət edə bilmələrini istəyib.

“Sən Suriya qaçqınlarını Avropaya azad səyahət imkanına dəyişirsən. Bir çox insanda isə bu addımın mənəviyyatı ilə bağlı suallar yaranır.”

Biz Türkiyənin insan haqları, mətbuat azadlığı sahələrində geri addımladığını müşahidə edirik. Belə bir halda isə ağıllı heç bir kəs Türkiyənin Avropa Birliyinə üzv olmasını təbliğ etməz

Həm də isə Avropanın pulu qaçqın və miqrant axının qarşısını almayacaq.

“İqtisadi, təhsil imkanları, azlıqların haqları, ümumiyyətlə insan haqları, qadınların cəmiyyətdəki statusu- bunların hamısı Avropada mövcuddur. Miqrasiyanın davam edib –etməyəcəyini isə bu cür fərqliliklər müəyyən edəcək.”

Prezident Ərdoğan bildirib ki, Türkiyənin Avropa Birliyinə daxil olması hələ də Avropa üçün strateji bir seçimdir. Lakin analitiklər bunun yaxın gələcəkdə baş verməyəcəyini deyir.

“Biz Türkiyənin insan haqları, mətbuat azadlığı sahələrində geri addımladığını müşahidə edirik. Belə bir halda isə ağıllı heç bir kəs Türkiyənin Avropa Birliyinə üzv olmasını təbliğ etməz.”

Gələn ay Türkiyədə seçkilər baş tutmalıdır və təhlilçilər prezident Ərdoğanın Brüsseldə etdiyi icitmai çıxışlarını Türkiyədəki auditoriyasına yönəltdiyini iddia edirlər.

XS
SM
MD
LG