Accessibility links

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu gün ölkənin siyasi partiyalarını seçkilərdən sonra məsuliyyətli davranmağa çağırıb. Seçkilər Ərdoğanın hakim partiyasının parlamentdə əksəriyyəti itirməsi ilə nəticələnib və artıq maliyyə bazarları qetri-müəyyənliyə dərhal cavab verib.

Türkiyə valyutası dollara nəzərən rekord səviyyədə aşağı düşüb və İstanbul birja bazarı 8 faiz azalıb.

Cənab Ərdoğan 550 yerlik parlamentdə səslərin üçdə ikisini qazanaraq Konstitusiyaya dəyişiklik etmək və ölkəni parlamentdən prezident demokratiyasına keçirməyə ümid edirdi. Bu ona daha çox səlahiyyət verəcəkdi. Onun İslam təmayüllü Ədalət və İnkişaf Partiyası səslərin 41 faizini qazana bilib.Bu, partiyanın 2011-ci il seçkiləri zamanı aldığı səslərin 50-dən az hissəsi təşkil edir.

Kürd tərəfdarı Demokrat Partiyası ik dəfə olaraq parlamentə daxil olmaq üçün lazım olan 10 faiz səs alaraq, parlamentdə 74 yer qazanıb. Digər yerləri başqa partiyalar qazanıb.

Seçkilərin nəticələri 2002-ci ildə hakimiyyətə gəlməsindən sonra cənab Ərdoğanı ilk dəfər olaraq koalisiya hökuməti formalaşdırmağa vadar edə bilər.

Təhlilçilərin fikrincə, belə görünür, yeni parlamentdə 85 yer alan MHP cənab Ərdoğanın partiyası ilə koalisiya yaradacaq. Lakin partiyanın bir rəsmisi deyib ki, bunu indidən söyləmək hələ tezdir.

XS
SM
MD
LG