Accessibility links

Ərdoğan telefon söhbəti yazısını siyasi rəqiblərinin təxribatı adlandırıb


 briefing.
briefing.
Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğan siyasi rəqiblərini polisin reydlər keçirdiyi gün oğlu ilə telefon söhbəti yazısını saxtakarlıqda ittiham edib.

YouTube saytında 11 dəqiqəlik yazının yerləşdirilməsindən sonra parlamentin iclasında danışan cənab Ərdoğan onun siyasi düşmənlərinin dövlət səviyyəsində şifrəli kommunikasiyaya müdaxilə etdiyini deyib. O, opponentlərin adlarını açıqlamasa da, müsəlman din xadimi və onun keçmiş müttəfiqi olan Fətullah Gülənin şəbəkəsini nəzərdə tutduğunu aydın edib.

Hökumətlə bağlı qeyri-müəyyənlik və onun telefon yazısına reaksiyası Türkiyənin maliyyə bazarlarında aktivlərinə mənfi təsir göstərib.

Bazar ertəsi telefon söhbətinin yazısından öncə keçirişmiş rəy sorğuları dekabrın 17-də baş nazirə yaxın iş adamlarının və üç nazirin oğlunun saxlanması ilə nəticələnmiş korrupsiya ilə əlaqədar qalmaqalın cənab Ərdoğanın populyarlığına bir qədər təsir etdiyini göstərir. Telefon söhbətinin yazısının açıqlanması mart ayında yerli orqanlara seçkilərdən öncə reytinqlər üçün bir sınaq ola bilər.

Cənab Ərdoğan və onun oğlu Bilal arasında aparıldığı iddia edilən telefon söhbəti zamanı 30 milyon məbləğində maliyyənin utilizasiyası məqsədilə bir neçə iş adamı arasında bölüşdürülməsi məsələsi müzakirə edilir.

Hökumət rəsmiləri əvvələr də nazirlər və iş adamları arasında aparıldığı deyilən yazıların açıqlandığını, lakin sonradan onların səslərinin ayrı-ayrı vaxtlarda yazıldığı və bu yazıların konteksdən xaric olduğunun aşkar edildiyini bildirib.
XS
SM
MD
LG