Accessibility links

Namizədlər medianı Ərdoğana daha çox vaxt ayırmaqda ittiham edir [Təhlil]


Türk xalqının ilk dəfə prezident seçkilərində səs vermələrinə cəmi bir ay qalmış ortaya yeni qalmaqal çıxıb. Tənqidçilər ictimai televiziyanın prezidentliyə namizəd digər iki nəfərlə müqayisədə baş nazir Rəcəp Təyyib Ərdoğanın seçkiqabağı çıxışlarıına daha çox vaxt ayırdığını deyirlər.

Türkiyədə ilk dəfə keçiriləcək prezident seçkilərinin ədalətli keçəcəyi sual altındadır. Prezidentliyə namizəd Rəcəp Təyyib Ərdoğanın avqust ayında prezident seçkilərində iştirak edəcək hər iki rəqibi etiraz püskürür. Kürd tərəfdarı “Sülh və Demokratiya Partiyası”ndan Səlahəddin Dəmirtaş Türkiyənin dövlət TRT televiziya kanalını açıq-aşkar baş nazir Ərdoğana üstünlük verməkdə ittiham edir.

Cənab Dəmirtaş son bir neçə gün ərzində digər iki namizədə vaxt ayrılmadığı bir vaxt TRT telekanalının cənab Ərdoğana 305 dəqiqə ayırdığını deyib. O, TRT-nin digər kanalının da cənab Ərdoğana 204 dəqiqə, digər namizədlərə isə 3 dəqiqə vaxt verdiyini bildirib. Cənab Dəmirtaş deyib ki, baş nazir TRT televiziya kanalının baş direktorunu işdən azad etməlidir. Cənab Dəmirtaşın göstərdiyi rəqəmlər Dövlət Yayım Tənzimləyici İdarəsi tərəfindən də təsdiq edilib.

Həm "Millətçi Xalq Hərəkatı" həm də "Cümhuriyyət Xalq Partiyası"nı namizəd qismində təmsil edən Ekmələddin İnsanoğlu da öz növbəsində medianı ciddi tənqid edib. Lakin hakim "Ədalət və İnkişaf Patiyası"nın sözçüsü Nüseyin Çelik yayımı müdafiə edərək deyib ki, telekanlın ayırdığı vaxt rəsmi görüşləri əhatə edir. Onun sözlərinə grə Ərdoğan mütəmadi qaydada xarici rəsmilər və diplomatlarla görüşür və bunlara diqqət ayırmaq telekanalın borcudur.

“Ədalət və İnkişaf Partiyası”nın nəzarətində olan Dövlət Yayım Tənzimləyicisi İdarəsinin sədr müavini Həsən Təhsin Fendoğlu da hökumətin bəyanatını təkrar edib və prezidentliyə namizəd cənab Ərdoğanın həm də baş nazir olduğunu deyib.

Lakin Brüsseldəki Karnegi institutundan Sinan Ülgen bu kimi mübahisələrin seçkilərin ədalətli keçəcəyinə şübhə yaratdığını deyir. “Açıq-aşkar görünür ki, burada tarazlıq yoxdur və bu da baş nazir Ərdoğanın əleyhinə işləyəcək. Hazirda dövlətin nəzarətində olan TRT kanalı neytral mövqedə olmalı və hər namizədə eyni dərəcədə vaxt ayırmalıdır, lakin o bunu etmir,” - deyə Sinan Ülgen bildirir.

Prezidentliyə namizəd Səlahəddin Dəmirtaşın TRT televiziya kanalını bu həftə məhkəməyə verməsinə baxmayaraq, müşahidəçilər məhkəmə işinin avqust ayının 10-dək başa çataçağını düşünmürlər. Bu məsələ prezident seçkiləri barədə geniş mübahisələrə səbəb olub. Baş nazir ölkə boyu seçkiqabağı genişmiqyaslı yürüşlər təşkil etdiyi bir vaxt, digər iki namizədin buna maddi imkanı yoxdur.

A

A

Rəy sorğuları cənab Ərdoğanın digər namizədlərlə müqayisədə xeyli irəlidə olduğunu göstərib. Lakin o, ilkin seçkilərdə 50 üstəgəl 1 faiz səs toplamaq uğrunda mübarizəni davam etdirəcək. Seçkilərin sonuncu raundu avqust ayının 24 də keçiriləcək. Müşahidəçilərin fikrincə isə ölkədə parçalanma gedir və seçkiqabağı media qalmaqalı bu parçalanmanı daha da dərinləşdirəcək.

XS
SM
MD
LG