Accessibility links

Rəcəb Tayyib Ərdoğan yeni hökumətin təşkilinə başlayıb [Video]


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının parlament seçkilərindəki qələbəsindən sonra yeni hökumətin təşkilinə başlayıb.

Təhlilçilərin fikrincə, təhlükəsizlik qayğıları ilə yanaşı, seçiciləri iqtisadiyyatın zəifləməsi və mətbuat azadlığının boğulması narahat edir.

İnkişaflar xalqın iradəsini əks etdirir

İnkişaf və Ədaləq Partiyasının (AKP) qələbəsi gözlənilməz olub. Sorğularda AKP-nin koalisya hökuməti qurmağa məcbur olacağını bildirilsə də, seçkilərdən sonra Ərdoğan təkpartiyalı hökuməti qurur.

“Ölkə noyabrın 1-dən sabitlik yolunu seçib. İnkişaflar xalqın iradəsini əks etdirir. Bu, xalqın qərarıdır"- deyə Türkiyənin dövlət başçısı bildirib.

Ərdoğanın partiyası səslərin yarısını əldə edib. Ona dəstək verməyənlərin əksəriyyətini dünyəvi cəmiyyətdə Ərdoğanın islamçı siyasəti narahat edir.

Ziyalılar da daxil edilməklə, Ərdoğanın opponentləri seçkilərin qorxu atmosferində keçirildiyini deyir.

Şair və yazıçı Əhməd Ümit insanların xaos qorxusundan avtoritar rejimə səs verdiyini bildirib.

AKP-nin qələbəsi kürdlərin də narazılığına yol açıb. Diyarbakırda kürdlər etiraz aksiyası təşkil edib.

Polis nümayişçilərə qarşı su şırnağı və gözyaşardıcı qazdan istifadə edib.

XS
SM
MD
LG