Accessibility links

Ərdoğan kürd militantlarına qarşı mübarizəni davam etdirməyə söz verib


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iqtidar partiyasının keçən həftə parlament seçkilərində qələbəsindən sonra kürd yaraqlılarına qarşı hərbi kampaniyanı davam etdirməyə söz verib.

Prezident Ərdoğan deyib ki, Türkiyə fəaliyyəti qadağan olmuş Kürdüstan Fəhlə Partiyası PKK-nın hər bir militantı məğlub olana qədər mübarizəni davam etdirəcək.

Türkiyənin hərbi təyyarələri ölkənin kürdlərin əksəriyyət təşkil etdiyi cənub-şərq bölgələrində və İraqın şimalında hədəfləri bombalayıb.

İyul ayında PKK döyüşçülər İŞİD-ə qarşı döyüşləri davam etdiən vaxt Türkiyənin qrupun İraqın hərbi təlim bazalarını bombardman etməsindən sonra Türkiyə ilə üç illik atəşkəsi dayandırıb.

Türkiyə və PKK arasında 1984-cü ildə münaqişə nəticəsində 40 indən çox insan həyatını itirib.

XS
SM
MD
LG