Accessibility links

Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğan ABŞ prezidenti Barak Obama ilə münasibətlərinin səviyyəsinin hazırda yüksək olmadığını deyərək, onun Suriyada böhrana cavabından narazı qaldığını deyib. Cənab Ərdoğan ABŞ-ın Suriyaya hərbi müdaxiləsinin tərəfdarı olduğunu bildirib.

Cənab Ərdoğan Türkiyə mətbuatına əvvəllər prezident Obamaya birbaşa zəng etdiyini, lakin indi Suriyada vəziyyətin müzakirəsini iki ölkənin xarici işlər nazirlərinin öhdəsinə verdiyini bildirib. O, İraqda böhranla bağlı ABŞ-ın vitse-prezidenti Co Baydenlə birbaşa danışıqlar apardığını deyib.

Suriyada böhran nəticəsində 170 min insanın həyatını itirdiyi, 2,9 milyon suriyalının isə qonşu ölkələrə qaçdığı bildirilir. Bunların böyük hissəsi 2011-ci ilin mart ayında başlayan hadisələrdən sonra Türkiyə pənah gətirib. Suriyada vətəndaş müharibəsi nəticəsində 6,6 milyon insan evlərini tərk etməli olub.

XS
SM
MD
LG