Accessibility links

Türkiyə baş naziri AŞPA-dakı çıxışında Qarabağ məsələsinə toxundu


Türkiyə baş naziri AŞPA-dakı çıxışında Qarabağ məsələsinə toxundu

Türkiyə baş naziri AŞPA-dakı çıxışında Qarabağ məsələsinə toxundu

Türkiyə baş naziri :'görürəm Ermənistan hakimiyyəti bu nöqtədə diaspordan çox ciddi şəkildə çəkinir. Bizim isə heç kimdən çəkinməyimizdən söhbət gedə bilməz.” Cənab Ərdoğan əlavə edib ki, əgər Ermənistan hakimiyyəti diaspor qarşısında çəkinməyindən əl çəksə bu məsələni həlletmək daha asan olardı.'

Avropa Şurası Parlament Assambleyasının sesiyasında çıxış edən Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan ölkəsinin dünyanın gündəmindəki məsələlər barədə siyasətini açıqladı və daha sonra da üzv ölkələrin nümayəndələrinin suallarına cavab verdi.

Ərdoğan Türkiyə- Ermənistan protokolunun imzalanmasına baxmayraq təstiq olunmamaması bunun Dağlıq Qarabağ məsələsinin həlli ilə əlaqələndirilməsi və bununTürkiyənin Qarabağ məsələsində tərəf vəziyyətinə gətirməsi və həmçinin Qarsda xalqlar arasında dostluğu təmsil edən bəzi abidələrin sökülməsi barədə verilən suala cavabında bildirdi ki, Ermənistan əhalisinin hüquqlarının qorunmasında onların öhdəlikləri var. Xəbərlərdə qeyd onurur ki, Türkiyə baş naziri yuxarıdakı sualın cavabında aşağıdakıları deyib:” Və biz Dost və qardaş Azərbaycan xalqının haqqını və hüququnu da Ermənistana yedirə bilmərik. Baxın bu qədər açıq danışıram.” Baş nazir Ərdoğan qeyd edib ki, elə protokolla qarşıya qoyulan hədəf də budur. Əvvəlcə bu addımların atılmasına ehtiyac var bu addımlar atıldığı zaman biz də qapıları açmağa hazırıq. O, daha sonra söyləyib ki, buna görə də biz həmişə, Minsk üçlüyünü vəzifəsini yerinə yetirməyə dəvət etdik. Minsk üçlüyü, Amerika, Rusiya və Fransa vəzifəni yerinə yetirdiyi anda məsələnin həllinə nail ola bilərik. Türkiyə baş naziri qeyd edib ki, Minsk qrupu bu vəzifəni yerinə yetirməyəndə əlbətdə vəziyyət çətinləşir.

Daha sonra Türkiyədə vətəndaşlıq hüququ olan 70 min erməniyə əlavə olaraq təqribən 40 min erməninin yaşadığını, ölkəsinin onları geri qaytarmadığını xatırladan Baş nazir Ərdoğan deyib ki, görünür bunlar bilinmir ancaq bilinməlidir. O qeyd edib ki, biz bu protokolu hazırlayanda buradakı məsələyə bir həll çarəsi tapmaq üçün addım atmışıq. Ermənistanla danışıqların bir hissəsində iştirak etdiyini söyləyən Türkiyə baş naziri qeyd edib ki,”görürəm Ermənistan hakimiyyəti bu nöqtədə diaspordan çox ciddi şəkildə çəkinir. Bizim isə heç kimdən çəkinməyimizdən söhbət gedə bilməz.” Cənab Ərdoğan əlavə edib ki, əgər Ermənistan hakimiyyəti diaspor qarşısında çəkinməyindən əl çəksə bu məsələni həlletmək daha asan olardı. Bu başversə onda tezliklə qapılar da açılar, məsələlərin həlli prosesi də sürətlə inkişaf edə bilər.

Türkiyə baş naziri bunu da xatırladıB ki, onun ölkəsində ermənilərə qarşı kin və nifrətdən söhbət gedə bilməz.

XS
SM
MD
LG