Accessibility links

Ərəb Baharı ümidləri doğruldurmu? [Təhlil]


Başlanmasından iki il yarım keçmiş Ərəb Baharının əhvali-ruhiyyəsi kəskin dəyişib. Yaxın Şərqdə qan tökülüb, zorakılıqlar baş alıb. Yanlış nə baş verdi? Bu olayların regionun gələcəyinə təsirləri necə olacaq?

2011-ci ilin əvvəlində Misir xalqı 30 il hakimiyyətdə qalan Hüsnü Mübarəkin devrilməsini şənliklərlə qarşıladı.
Yaxın Şərq və Şimali Afrikada da diktatorlar sıxışdırılmağa başladı və demokratiya təmayüllü nümayişlər vüsət aldı. Lakin baş verənlər Ərəb Baharının gələcəyə bəslədiyi ümidləri hələ ki, doğrultmayıb.

Heritage Fondundan Yaxın Şərq üzrə təhlilçi Ceyms Filips: “Obama adminstrasiyası və Qərb hökumətləri ümidləri həqiqət hesab etdi və Ərəb Baharı adı altında demokratiyaya ümidlərə yol açıldığına inanırdı.”

Az sonra Yaxın Şərq xaosa səhnə olacaqdı. Keçən ay Misir hərbiçiləri ilk dəfə seçki yolu ilə seçilən prezidenti devirdi və cənab mübarəki azad edərək. ev dustaqlığına məhkum etdi.

Suriyada demək olar ki, vətəndaş müharibəsi baş qaldırdı və ölkədə ölənlərin sayı yüz mini ötdü. İki milyona yaxın suriyalı qonşu ölkələrə qaçmalı oldu. Əl-Qaidə ilə əlaqəsi olan yaraqlılar ölkədə mülki vətəndaş kimi sərbəst hərəkət edir.

Liviyada da yüzlərlə yaraqlı ölkə boyu yayılıb. Onların arasında Əl-Qaidə ilə əlaqədə olanlar da az deyil. Demokratiyanın İnkişafı Fondundan Conatan Şanzer:
“Unutmamalıyıq ki, ərəb dünyası demokratiyadan elə də yaxşı baş çıxarmır. Onların demokratiya ilə təcrübəsi çox məhduddur. Onlar bunun üçün acıblar, susayıblar, amma bu, o demək deyil ki, onlar demokratiyaya nail olmağın yolunu bilirlər.

İraqa gəldikdə isə, seçkilərdən və ABŞ ordusunun ölkəni tərk etməsindən sonra ölkədə terror və zorakılıqlar vüsət aldı, bu da sünnilərlə şiələr arasında münaqişəyə yol açdı. Ölkənin şiə hökuməti baş verənlərdə Əl-Qaidəni günahlandırdı.

Hazırda sünnilərin şiələrlə, İslamçıların dünyəviçilərlə, avtoritarların demokratlarla mübarizəsi Yaxın Şərqi qaynar qazana çevirib. Təhlilçi Ceyms Filips deyir ki, regionda demokratiyaya keçid azı bir nəsil apara bilər.
XS
SM
MD
LG