Accessibility links

Ərəb baharı Bakıda müzakirə edilir


Ərəb baharı Bakıda müzakirə edilir

Ərəb baharı Bakıda müzakirə edilir

“Ərəb ölkələri son dəyişikliklərdən sonra: sosial, iqtisadi və siyasi proseslər” mövzusunda beynəlxalq konfransda ərəb inqilablarının regiona gətirdiyi dəyişikliklər diqqət mərkəzindədir

Noyabrın 7-də Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə Bakıda “Ərəb ölkələri son dəyişikliklərdən sonra: sosial, iqtisadi və siyasi proseslər” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

Ərəb baharı Bakıda müzakirə edilir

Ərəb baharı Bakıda müzakirə edilir

Konfransda “Ərəb Baharı” ölkələrində mövcud siyasi proseslər”, “Tunis, Liviya və Misirdəki hazırkı siyasi proseslər: oxşar məqamlar və çağırışlar”, “Regiondakı təhlükəsizlik məsələləri”, “Ərəb baharı”nın nəticələri reallıq və iddialar arasında və “Algomhoria”, “Misirdə 30 iyun inqilabından sonra müxtəlif səviyyələrdə keçid dövrü” və başqa mövzularda çoxsaylı məruzələr dinlənilir.

Ekspertlər Ərəb Baharı ölkələrində daxili və xarici siyasətdəki dəyişikliklərə diqqət yetirilərək, cari siyasi proseslər və irəliləyişləri müzakirə edir. Bu ölkələrin Suriya böhranına olan münasibəti Ərəb Liqası, Türkiyə, İran, Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları və həmçinin Rusiyanın siyasətləri kontekstində təhlil edilib.

Inqilab sonrası yeni dövlətlərin Körfəz ölkələri ilə çoxyönümlü münasibətlərinin səciyyəvi xüsusiyyətləri də müzakirə olunan mövzular arasındadır.

Ərəb baharı Bakıda müzakirə edilir

Ərəb baharı Bakıda müzakirə edilir

Iran, Türkiyə və İsrail dövlətlərinin yeni Ərəb hökumətlərinə və dəyişən Ərəb dünyasına münasibətləri, regionda təhlükəsizlik, iqtisadi və siyasi inkişaf məsələləri, keçid dövründə yeni partiyaların formalaşması, sosial hərəkatlar və elitar təbəqələrin yeni inkişaf dövründə tutacağı mövqe diqqət mərkəzində olub. Həmçinin Ərəb baharı ölkələrinin dünya geosiyasətindəki yeri də qiymətləndirilib.

Ümumilikdə konfransın məqsədi Ərəb Baharı ölkələrində son siyasi proseslər və sosial-iqtisadi dəyişikliklərlə bağlı məsələlərin geniş müzakirəsidir.

Konfransda Ərəb dünyasından, digər Yaxın Şərq ölkələrindən, o cümlədən dünyanın digər regionlarından olan tanınmış ekspertlər iştirak edir.
XS
SM
MD
LG