Accessibility links

Ərəb liderlər: Hava hücumları Hutilər təslim olana qədər davam edəcək


Ərəb liderlər bildirib ki, Yəməndə Səudiyyə Ərəbistanının başçılığı ilə hava hücumları İranın dəstəklədiyi hutilər işğal etdikləri ərazilərdən çıxana və ya təslim olana qədər davam etdiriləcək.

Ərəb Liqasının Baş katibi Nabil Elarabi deyib ki, prezident Əbd Rabbu Mənsur Hadinin başçılıq etdiyi Yəmənin legitim hökuməti bərpa olmalıdır.

Cənab Elarabi bu açıqlamanı Misirin Şərm Əl-Şeyx kurortunda Ərəb ölkələrinin dövlət başçılarının bu gün başa çatan sammitində çıxışı zamanı verib.

Sammit iştirakçıları regionda təhlükələrin artdığı şəraitdə birgə ərəb hərbi qüvvələrinin yaradılması haqda razılığa gəlib. Hərbi qüvvələrin yaradılmasının bir neçə ay vaxt aparacağı gözlənilir. Bundan əvvəl fikir ayrılıqlarının mövcud olduğu Ərəb dünyasında birgə qüvvələrin yaradılması səyləri baş tutmayıb.

XS
SM
MD
LG