Accessibility links

İran və dünyanın altı qüdrətli dövləri arasında əldə edilmiş razılığım şərtləri nəzərə tutulduğu kimi yerinə yetirilsə, Tehran gələn 10i və bundan sonra nevə silahı istehsal etmək qabiliyyətinə malik olmayacaq.

Vyanada əldə edilən razılaşmanın digər tərəfdən İranı əsas rəqib hesab edən Ərəb dövlətlərinin özlərini də nüvə silahı istehsalından çəkindirə bilib-bilməyəcəyi məsələsi də müzakirə mövzusudur.

Bir sıra ərəb ölkələri, xüsusilə də Körfəz bölgələri ölkələri razılaşmada İranın mühüm nüvə qabiliyyətlərini inkişaf etdirilməsi perspektivi ilə bağlı narahatlıqlarını ifadə edib.

Səudiyyə Ərəbistnı razılığın yetərli təsiri olmadığı halda nüvə silahları istehsalına çalışacağına açıq şəkildə işarə edib. Bu isə regionda silah yarışının başlana biləcəyi ilə bağlı qorxuların yaranmasına gətirib çıxarıb.

“Bu müqavilə dolayısı ilə İranın son 12 ildə qanunsuz davranışını tanıyıb bunu legitimləşdirir”- təhlilçi Metyu Morqan

“Bu müqavilə dolayısı ilə İranın son 12 ildə qanunsuz davranışını tanıyıb bunu legitimləşdirir”-deyə Londonda Kral kollecində təhlilçi Metyu Morqan bildirir. Onun sözlərinə görə, başqaları da bunu diqqətlə izləyir.

Ərəb hökumətləri hələlik razılığın əldə edilməsinə məhdud qaydada reaksiya verib və bu reaksiyaların hamısı mənfi deyil.

Səudiyyə Ərəbistanının dövlətə məxsusu SPA xəbər agentliyi bir rəsmi nümayəndənin açıqlamasını yayımlayıb. “Səudiyyə Ərəbistanı Krallığı hər zaman İranın nüvə proqramı ilə bağlı razılığın əldə edilməsinin vacibliyinə inanıb”-deyə Səudiyyə Ərəbistanı rəsmisi bildirib.

“Səudiyyə Ərəbistanı Krallığı hər zaman İranın nüvə proqramı ilə bağlı razılığın əldə edilməsinin vacibliyinə inanıb.”- Səudiyyə Ərəbistanı rəsmisi

Adının açıqlanmadığı rəsmi nümayəndə deyib ki, Səudiyyə Ərəbistanı İranla yaxşı qonşuluq və bir-birinin işlərinə müdaxilə etməmək prinsiplərinə əsaslanan daha yaxşı münasibətlər qurulmasını səbirsizliklə gözləyir.

Birləşmiş Ərəb Əmirlikləri İranla razılaşmanı alqışlayaraq, bunu Körfəz bölgəsi üçün “yeni səhifə” kimi qiymətləndirib. Birləşmiş Ərəb Əmirliklərinin bir rəsmisi deyib ki, “İran siyasətini dəyişsə və İraq, Suriya, Livan və Yəmən kimi ölkələrin daxili işlərinə müdaxiləyə son qoysa, regionda mühüm rol oynaya bilər.”

Bu bəyanatlardan Ərəb liderlərinin təkcə nüvə razılaşmasının texniki aspektlərində maraqlı olduğu deyil, həm də onların sanksiyaların aradan qaldırılması və Vaşinqtonla əlaqələrdə dəyişikliyin regionda qüvvələr balansının İranın xeyrinə olmayacağına əmin olmaq istədiyi aydın olur.

“İran siyasətini dəyişsə və İraq, Suriya, Livan və Yəmən kimi ölkələrin daxili işlərinə müdaxiləyə son qoysa, regionda mühüm rol oynaya bilər” Birləşmiş Ərəb Əmirliklərinin rəsmisi

Qətər Silahlı Qüvvələrində müşavir olmuş təhlükəsizlik məsələləri üzrə ekspert Andreas Krieq deyir ki, əsas məsələ nüvə silahından istifadə etməmək deyil. Onun sözlrinə görə, heç kəs İranın həqiqətən də nüvə silahından istifadə edəcəyinə düşünmür. “Əsas narahatlıq doğuran İranın hazırda diplomatik münasibətlərin normallaşdırılmasından sonra regionda həqiqi hegemon qüvvəyə çevrilməsi potensialının olmasıdır”-deyə o bildirir.

Ərəb liderləri uzun müddətdir Yəmən, İraq, Suriya və Livan kimi ölkələrəd yaraqlı qruplara dəstək verməklə regionda qeyri-sabitlik yaratmaq istədiyi ilə bağlı narahatlıqlarını bildirib. Sanksiyaların yüngülləşdirilməsindən sonra milyardlarla dolların yenidən İranın ixtiyarına verilməsi ilə Tehranın bölgəəki döyüşçülərə maliyyə yardımını artıra bilməsi ilə bağlı qrorxular artmaqdadır.

Andreas Krieq bu narahatlıqların Səudiyyə Ərəbistanının nüvə silahı istehsalı başlamasına gətirib çıxaracağı ilə şübhələrini ifadə edir. “Mən nüvə bombasının Səudiyyə Ərəbistanını İranla, ya da Suriya ilə hər hansı ilə vasitə ilə müharibəyə cəlb ediləcəyini düşünmürəm. Bunun bu istiqamətdə inkişaf edəcəyinə skeptik baxıram, amma bununla belə bu, mümkün də ola bilər”-deyə o bildirib.

“Əsas narahatlıq doğuran İranın hazırda diplomatik münasibətlərin normallaşdırılmasından sonra regionda həqiqi hegemon qüvvəyə çevrilməsi potensialının olmasıdır”-təhlilçi Andreas Kreiq

Ərəb ölkələri arasında Səudiyyə Ərəbistanın özünün nüvə proqramını inkişaf etdirməyə başlaya biləcəyinə inanılır. Ölkənin həm bunun üçün maliyyə imkanları var, həm də nüvə alimləri artıq burada bir sıra tədqiqatlar aparıb.

Bununla yanaşı, Səudiyyə Ərəbistanının Pakistandan nüvə silahı ala bilməsilə bağlı narahatlıqlar mövcuddur. Pakistanın özünün nüvə proqramının bir hissəsinin Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşdirildiyi deyilir.

Ağ Evin bildirdiyinə görə, ABŞ prezidenti Barak Obama İranla razılığın əldə edilməsindən bir qədər sonra Səudiyyə Ərəbistanı kralı Salmana zəng edib.

Ağ Evin açıqladığı bəyanatda bildirilir ki, prezident kralı razılaşma İranın nüvə silahı istehsalının qarşısını alacaq. ABŞ prezidenti eyni zamanda, Birləşmiş Ştatların “İranın regionda qeyri-sabitlik yaradan fəaliyyətlərinin qarşısını almaq üçün Körfəz üzrə tərəfdaşlarla birgə işə hər zamandan olduğundan daha artıq sadiqliyini” bildirib.

XS
SM
MD
LG