Accessibility links

Ərəb ölkələri ilə Azərbaycan və Orta Asiya əməkdaşlığı müzakirə ediləcək


Ərəb liqası
Ərəb liqası

Forum Ər-Riyadda keçiriləcək

Dekabrın 2-3-də Ər-Riyad şəhərində Ərəb dövlətləri liqasının və Səudiyyə Ərəbistanının təşkilatçılığı ilə “Ərəb ölkələri ilə Azərbaycan və Orta Asiya dövlətləri arasında əməkdaşlıq və iqtisadiyyat” adlı birinci forum keçiriləcək.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, forumda Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edəcək. Azərbaycan nümayəndə heyətinin tərkibinə iqtisadiyyat və sənaye və energetika nazirliklərinin nümayəndələri də daxildir.

Forum çərçivəsində Ərəb dövlətləri liqasının üzv dövlətlərinin, Azərbaycan Respublikasının və Orta Asiya ölkələrinin maliyyə, ticarət və investisiya qurumlarının nümayəndələrinin iştirakı ilə iclası keçiriləcək.

Yekun sənədi olaraq, Ərəb dövlətləri liqası, Azərbaycan Respublikası və Orta Asiya ölkələri tərəfindən əməkdaşlığa dair Anlaşma memorandumunun imzalanacaq və “Ər-Riyad” bəyannaməsinin qəbul ediləcək.

Səudiyyə Ərəbistanına səfər çərçivəsində nazir müavini Mahmud Məmməd-Quliyevin Ciddə şəhərində İslam əməkdaşlıq təşkilatı, İslam İnkişaf Bankı və digər regional maliyyə və iqtisadi qurumlarda da görüşlərinin keçirilməsi nəzərdə tutulub.
XS
SM
MD
LG