Accessibility links

Ərəstun Oruclu: Xəzər Suriyanın silahlandırılmasında dəhliz ola bilər (Video-müsahibə)


Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbərinin Amerikanın Səsinə müsahibəsi

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Amerikanın Səsinə müsahibəsində Xəzərin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı mövcud problemlərdən, İran və Rusiyanın Xəzərdə təhlükəsizlik Sazişinin ratifikasiyasının gecikməsində maraqlı olmasından və Xəzər akvatoriyasının Rusiyadan Suriyaya silah-sursat daşınması üçün dəhliz ehtimallarından danışıb.

Ekspert Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinlərinin Bakıda keçirilən bu günki toplantısının Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsinə dair Saziş layihəsinə bir yenilik gətirməyəcəyini düşünür.

O İranın yeni hökumətinin mövqeyində Xəzərlə bağlı yeni münasibət olacağına inanmır.

Xəzərlə bağlı müzakirələrə Yaxın Şərqdə gedən proseslərin, o cümlədən Rusiya prezidenti Putinin Avrasiya İttifaqı, Gömrük İttifaqı istiqamətində atdığı addımlar, Suriya böhranının təsirləri var.
“Amma, Xəzərlə bağlı müzakirələrə həm İranda qurulan yeni hökumətin mövqeyinin, həm də Yaxın Şərqdə gedən proseslərin, o cümlədən Rusiya prezidenti Putinin Avrasiya İttifaqı, Gömrük İttifaqı istiqamətində atdığı addımlar, Suriya böhranının təsirləri var”, o qeyd edib.

Bütün bunlara baxmayaraq Xəzərdə beynəlxalq iqtisadi layihələr var gücü ilə işləyir.

“Enerji layihələri həyata keçirilir. Türkmənistanla-Azərbaycan arasında və digər bəzi kiçik yataqlardan başqa bütün yataqlarda iş aparılır. Faktiki Xəzəryanı dövlətlərin hamısının maraqları təmin olunur”.

Ə.Oruclu hesab edir ki, Suriya böhranı aktiv hərbi əməliyyatlar mərhələsinə keçərsə, bu İranın da aktivləşməsinə səbəb olacaq və Xəzər hövzəsi, Azərbaycan da bunun təsirindən kənarda qala bilməyəcək.

Rusiya və İran Xəzərdə təhlükəsizliklə bağlı Sazişin ratifikasiyasında maraqlı olmayacaq.
“Belə halda müharibə İranın sərhədlərində baş verəcək. Rusiya isə Yaxın Şərqdə mövqelərini qoruyub saxlamağa çalışır. Bu səbədən də Rusiya və İran Xəzərdə təhlükəsizliklə bağlı Sazişin ratifikasiyasında maraqlı olmayacaq. Azərbaycanın ratifikasiya çağırışı əslində Rusiya və İrandan daha çox beynəlxalq ictimiyyətə ünvanlanıb”.

Ekspert hesab edir ki, Suriyanı müdafiə edən dövlətlərin dairəsi daraldıqca bu ölkəyə ərazisindən silah daşınmasına maraq da azalmaqda davam edir.

Xəzər akvatoriyası Suriyaya silah daşınması üçün çox zəruri kooridora çevrilir.
“Belə bir vaxtda Suriya rejimini dəstəkləməkdə davam edən iki dövlət arasında Xəzər akvatoriyası Suriyaya silah daşınması üçün çox zəruri kooridora çevrilir. Xələf Xələfovun Təhükəsizlik Sazişini ratifikasiya çağırışı əslində Suriyaya silah daşınmasında Xəzər dəhlizinin bağlanmasına yönəlib. Amma, Rusiya və İranın bu çağırışa əməl edəcəyinə inanmaq olmaz. Çünki Rusiya prezidenti Vladimir Putin birbaşa və açıq şəkildə Əsəd rejimini silahlandırmaqda davam edəcəyini bəyan edib. Bu silahlandırmanın çoğrafiyasına baxanda açıq görünür ki, silahlandırmanın ən asan yolu Xəzər vasitəsi ilə İran üzərindən keçməkdir”, o qeyd edib.
XS
SM
MD
LG