Accessibility links

Ərəstun Oruclu: Ukraynanın istədiyi dəyərlər hər bir insan üçün cəlbedicidir [Video-müsahibə]


Ərəstun Oruclu: Ukraynanın istədiyi dəyərlər hər bir insan üçün cəlbedicidir
please wait

No media source currently available

0:00 0:05:35 0:00

Ərəstun Oruclu: Ukraynanın istədiyi dəyərlər hər bir insan üçün cəlbedicidir

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbərinin Amerikanın Səsinə müsahibəsi

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Amerikanın Səsinə müsahibəsində Ukrayna hadisələrinin regional təsirlərindən danışıb.

Politoloqun fikrincə, Ukrayna hadisələri Avropa dəyərlərinin avtoritar rejimlərə deyil, xalqa yaxın olduğunu bir daha nümayiş etdirib. Ukrayna Avropa Birliyi ölkələri və Rusiya ilə qonşudur. “Bir neçə il öncə Qərbi Ukrayna Avropa, Şərqi Ukrayna Rusiya dəyərlərini müdafiə edirdisə, hazırda həm qərbi, həm də şərqi Ukrayna Avropa dəyərlərini müdafiə edir”, o qeyd edib.

Ərəstun Oruclu
Ərəstun Oruclu
Oruclunun fikrincə, Azərbaycan həm GUAM, həm də Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” Proqramında Ukrayna ilə əməkdaşlıq edir. “Eyni zamanda Azərbaycan Ukrayna xalqları sıx təmasdadır. İki ölkə arasında sıx ticarət əlaqələri mövcuddur. Bütün bu faktorlar Ukrayna hadisələrinin Azərbaycana, Rusiyaya və bütövlükdə regiona təsirlərini qaçılmaz edir”.

Bununla yanaşı, bütün region ölkələrində sosial vərdişlər, hakimiyyətin idarə edilməsi, hakimiyyət-xalq münasibətlərində problemlər mövcuddur. “Avtoritar, korrupsiyaya uğramış rejimlər hakimiyyətdədir və xalq onlardan narazıdır. Eyni zamanda əhalinin sosial narazılığı yüksəkdir”, politoloq bildirib.

O deyib ki, Ukraynada aparılan mübarizə təkcə dəyərlər uğrunda deyil, həm də ölkənin təhlükəsizliyi və inkişafını ehtiva edir. “Bu mübarizə həmçinin ölkənin haqqı, hüququ, sosial təminatı deməkdir. Ukraynanın istədiyi dəyərlər regionda hər bir insan üçün cəlbedicidir”.
XS
SM
MD
LG