Accessibility links

"Dağlıq Qarabağ münaqişəsi Avropanın üzündə ləkədir"


Səfir Ceyms Uorlik
Səfir Ceyms Uorlik

“Təmas xəttindəki zorakılıqlar bizi çox narahat edir. Bu münaqişə donmayıb. Onun donduğunu oğlu cəbhədə yaralanmış ataya, anaya deyin. Eskalasiyanın qarşısını almaq üçün addımlar atılmalıdır,” deyə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Amerikanın Səsinin erməni xidmətinə müsahibəsində bidlirib.

Ümid edirik ki, tərəflər kəskin ritorikadan yayınacaqlar. Təhrikedici bəyanatlar bizi sülhə yaxınlaşdırmır.
Ceyms Uorlik

Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə görüşmələrindən məmnunluğunu ifadə edən həmsədr bu növ təmasların çoxalmasını arzuladığını bildirib. O, ümid etdiyini bildirib ki, prezidentlər bu görüşün nəticəsi olaraq zorakılıqların dayandırılması üzərində razılığa gələ biləcəklər.

Prezidentlər Vladimir Putin, Serj Sarkisyan və İlham Əliyev beynəlxalq sambo turnirini seyr edirlər. Soçi, 9 avqust, 2014.
Prezidentlər Vladimir Putin, Serj Sarkisyan və İlham Əliyev beynəlxalq sambo turnirini seyr edirlər. Soçi, 9 avqust, 2014.

“Biz həmçinin ümid edirik ki, tərəflər kəskin ritorikadan yayınacaqlar. Təhrikedici bəyanatlar bizi sülhə yaxınlaşdırmır. Kəskin ritorikaya son qoyulmaldır,” deyə cənab Uorlik bəyan edib.

Amerikalı rəsmi əmin olduğunu bildirib ki, hər iki prezident münaqişənin sülh yolu ilə həll edilməsinə sadiqdir. “Onlar məsələnin danışıqlar yolu ilə həll edilməsini istəyirlər, əlavə zorakılıqlar istəmirlər,” deyə o bildirib.

Bizim hədəfimiz bütöv, azad və sülh içərisində yaşayan Avropadır.
Ceyms Uorlik

Rusiyanın münaqişənin çözülməsində müsbət rol oynadığını deyən səfir Uorlik Moskvanın Azərbaycana silah satmasını problem kimi görmədiyini söyləyib. O, əmin olduğunu bidirib ki, Rusiya öz cənub sərhədlərində sülh və sabitlik görmək istəyir.

“Dünyada bu qədər konfliktin fonunda Dağlıq Qarabağın rolu kiçilmiş görünürmü?” sualını cavablandıran Ceyms Uorlik Dağlıq Qarabaq münaqişəsinin həll olunmasının prioritet olduğunu deyib. “Bizim hədəfimiz bütöv, azad və sülh içərisində yaşayan Avropadır. Dağlıq Qarabağ Avropanın üzündə ləkə olaraq qalır”. Cənab Uorlik mövcud münaqişənin həlli istiqamətində bütün tərəflərin eyni hədəfləri paylaşdığını söyləyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG