Accessibility links

Ərəstun Oruclu: Ermənistan prezidentinin bəyanatı çox ciddi siqnal kimi qəbul edilməlidir


Ərəstun Oruclu

Ərəstun Oruclu

Dağlıq Qarabağ problemi ətrafında son iki ayda baş verənlər ciddi narahatlıq doğurmağa başlayıb. 2014-cü ilin sonlarında verilən proqnozlar da bundan ibarət idi ki, 2015-ci ildə Dağlıq Qarabağ ətrafında hərbi əməliyyatların təzələnməsi ehtimalı var. Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Ermənistan prezidenti Serj Sarkisyanın yanvarın 26-da Ermənistan Müdafiə Nazirlıyinin kollegiasında Azərbaycana qarşı hədələyici bəyanatını Amerikanın Səsinə şərh edərkən bildirib.

Ermənistan prezidenti Serj Sarkisyan təxribat nəticəsində öldürülmüş erməni əsgərlərinin həyatına görə Azərbaycanın ağır əvəz ödəyəcəyini bildirib.

“Biz Azərbaycandakı “isti başlar” üçün çoxsaylı sürprizlər hazırlamışıq. Bundan əlavə, Azərbaycan daha irimiqyaslı canlı qüvvələrini, texnikasını bizim sərhədlərə və təmas xəttinə cəmləşdrdiyi halda biz qabaqlayıcı zərbələr endirmək hüquqnu özümizdə saxlayırıq. Biz əl-qolumuzu sallayaraq, bəlanın evimizə gəlməsini gözləmək fikrində deyilik. Biz amansız oalcağıq. Biz başa düşürük ki, Azərbaycan hakimiyyəti kürsüsünü qorumaq üçün özünün yüz və minlərlə vətəndaşlarını ölümə göndrməyə hazırdır, amma biz imkan vermərik ki, bu biizm əsgər və zabitlərimizin həyatı bahasına olsun. Biz buna yol vermərik”, S.Sarkisyan bildirib.

Politoloq Oruclu təəssüflə qeyd edir ki, ötən ilin dekabrında və bu ilin yanvarında tərəflər arasında mütəmadi atışmalar nəticəsində ölənlərin sayı artıq kifayət qədərdir.

“Düzdür məlumatlar etimad doğurmur. Çünki hər iki tərəf bu məlumatlardan daha çox təbliğat məqsədi ilə istifadə edir. Amma, hər halda artıq söhbət onlarla ölən və yaralananlardan gedir”.

O digər tərəfdən Ermənistanın belə hədələyici bəyanat verməsini yenilik kimi qəbul edir.

“Ona görə ki, əvvəllər daha çox belə tipli bəyanatları Azərbaycan tərəfi verirdi. Amma görünür bu, daha çox Ermənistandakı daxili-siyasi və bölgədə yaranmış geosiyasi durumla bağlıdır”.

Politoloq hesdab edir ki, Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyanın hərbi bazasında xidmət edən əsgərinin 6 nəfərlik erməni ailəsini qətə yertirdikdən sonra Ermənistanda istimai-siyasi vəziyyət gərginləşib.

“Şübhəsiz, bu birmənalı olaraq Ermənistandakı daxili siyasi duruma öz təsirini göstərməkdədir. Belə olan halda təcrübə göstərir ki, münaqişə tərəfləri, daha doğrusu siyasi rəhbərliklər sınanmış bir vasitəyə, - Dağlıq Qarabağ münaqişəsinə istinad edir və münaqişə faktorundan istifadə etməklə daxili siyasi gündəmi dəyişməyə çalışırlar. Fikrimcə Serj Sarkisyanın bəyanatının əsas motivləriondən biri budur”.

Onun qənaətincə, Serj Sarkisyanın hədələyici bəyanat verməsində Rusiya-Ermənistan münasibətlərində yaranmış gərginliyin, Rusiya-qərb münasibətlərinin bölgəyə təsirinin və digər amillərin də rolu var.

“Şübhəsiz ki, Ermənistandakı sosial-iqtisadi vəziyyətin də buna birmənalı təsiri var. Çünki Ermənistan iqtisadiyyatı birbaşa Rusiya iqtisadiyyatı ilə bağlıdır. Rusiyaya tətbiq edilən sanksiyaların Ermənistanda effekti özünü göstərməkdədir”.

Politoloq hesab edir ki, bütün bu hallara baxmayaraq Ermənistan prezidentinin bəyanatı çox ciddi siqnal kimi qəbul edilməlidir.

“Çünki ortada artıq real itkilər var. Heç kəs istisna edə bilməz ki, mütəmadi atışmalar, qoşunların təmas xəttində baş verən qətllər sonradan geniş miqyaslı hərbi əməliyyatlıara keçə bilməz”, o qeyd edib.

XS
SM
MD
LG