Accessibility links

ABŞ dövlət katibinin müavini Azərbaycana gəlib


ABŞ dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erik Rubin

ABŞ dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erik Rubin

Erik Rubin Bakıda ikitərəfli münasibətlər və regional təhlükəsizlik məsələləri barədə danışıqlar aparacaq

ABŞ dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erik Rubinin Bakıya səfəri başlayıb.

Amerika səfirliyindən Amerikanın Səsi radiosuna bildiriblər ki, səfər çərçivəsində ikitərəfli münasibətlər və regional təhlükəsizlik məsələləri ilə bağlı müzakirələr aparılacaq.

Dövlət katibinin köməkçisinin oktyabrın 13-də prezident İlham Əliyevlə, oktyabrın 15-də isə xarici işlər naziri Elmar Məmmədyarov, Amerikanın Azərbaycanda fəaliyyət göstərən iş adamları və qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə görüşü gözlənilir.
XS
SM
MD
LG