Accessibility links

Erik Rubin: Amerika Azərbaycanda enerji hasilatının artırılmasında maraqlıdır (video)


Amerika dövlət katibinin müşaviri Erik Rubinin Azərbaycana səfərinin yekunları ilə bağlı mətbuat konfransı
please wait

No media source currently available

0:00 0:10:52 0:00

Amerika dövlət katibinin müşaviri Erik Rubinin Azərbaycana səfərinin yekunları ilə bağlı mətbuat konfransı

Amerika dövlət katibinin müşaviri ABŞ-Azərbaycan strateji əməkdaşlığı sahəsində fikir mübadiləsi aparıb, O İran, Dağlıq Qarabağ, BP-nin tənqidi, Xocalı aeroportu, demokratiya barədə suallara cavab verib

Bu gün Amerika dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri Erik Rubin Azərbaycana səfərinin yekunları ilə bağlı jurnalistlərin suallarına cavab verib.

O Azərbaycan prezidenti, xarici işlər naziri, QHT təmsilçiləri ilə görüşündən məmnun olduğunu deyib.

Amerikanın Səsi radiosunun “bir qədər öncə ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspirşik Amerika səfirliyində olub, onunla görüşübsünüzmü? Ermənistan və Azərbaycan prezidentlərinin növbəti görüşü ilə bağlı razılıq varmı?” sualının cavabında deyib ki, Anjey Kaspirşiklə ayrıca görüşmək imkanım olmayıb.

“Biz onun təmsil etdiyi ATƏT-in fəaliyyətini dəstəkləyirik. İki ölkə liderinin görüşünün təşkili ATƏT-in və Minsk Qrupu həmsədrlərinin fəaliyyətinə aiddir. Mənim səfərimin bununla heç bir bağlılığı yoxdur. Əlbəttə, mən və mənim ölkəm iki ölkə rəhbərinin görüşünü istərdik və bunu dəstəkləyirik. Bu hər iki ölkə rəhbərinin və Minsk Qrupunun həmsədrlərinin öz aralarında razılığa gəlməli olduğu bir məsələdir”, E.Rubin qeyd edib.

Rəsmi görüşləri ilə bağlı sualın cavabında deyib ki, Amerika ilə Azərbaycan arasında çox geniş miqyaslı məsələlər müzakirə edilib.

“İki ölkə arasındakı əlaqələr get-gedə daha da genişlənir və dərinləşir. Biz bu görüşlərdə xüsusilə iqtisadi sahədə, ticarət və investisiya məsələlərini geniş şəkildə, təfərrüatlı müzakirə etdik.”

O həmçinin Amerikanın Azərbaycandakı şirkətlərinin rəhbərləri ilə görüşüb.

“Bundan əlavə ABŞ-ın Azərbaycandakı Ticarət Palatasının nümayəndələri ilə görüşdüm. Bu görüşlərdə iki ölkə arasında qarşılıqlı investisiya həyata keçirilməsi, eyni zamanda ümumilikdə investisiya mühitinin yaxşılaşdırılması ilə bağlı müzakirələr apardıq”.

Rəsmi görüşlərdə ABŞ-Azərbaycan strateji əməkdaşlığı sahəsində fikir mübadiləsi də aparılıb.

“Bu strateji tərəfdaşlıq bir sıra sahələrdə müsbət rola malikdir. Xüsusilə, Azərbaycanın Əfqanıstandakı fəaliyyətlərə verdiyi dəstəyi qeyd etmək istəyirəm. Orada Azərbaycan və Amerika hərbiçiləri çiyin-çiyinə xidmət keçir. Bundan başqa Azərbaycanın qlobal miqyasda beynəlxalq təhlükəsizlik qüvvələrinin Əfqanıstanda fəaliyyət göstərməsinə kömək etdiyinə görə öz minnətdarlığımı bildirdim və bu sahədə fikir mübadiləsi apardıq. Bundan əlavə olaraq, Amerikanın Azərbaycanda demokratiyanın və vətəndaş cəmiyyətinin inkişafına verdiyi dəstək ətrafında müzakirələr apardıq. Azərbaycan BMT TŞ-nin qeyri-daimi üzvüdür. Buna görə də biz artıq əvvəlki illərə nisbətən daha qlobal, daha geniş miqyasda dünya üzrə məsələləri də müzakirə etdik”, o bildirib.

BP şirkətinin Azərbaycan tərəfinin tənqidinə münasibətlə bağlı sualın cavabında o deyib ki, Azərbaycan hökuməti ilə BP arasıındakı məsələyə Amerikanın müdaxilə etməsi məqsədəuyğun olmaz.

“Bu onların öz aralarında olan məsələdir. Amma, Amerika Azərbaycanda enerji hasilatının davam etdirilməsi, artırılmasında maraqlıdır və buna dəstək göstərmək istəyir. Amerika ilk olaraq qərb şirkətləri ilə Azərbaycan hökuməti arasında əməkdaşlığın yaradılmasında dəstəyini göstərib. Hesab edirik ki, bu həm qərb şirkətlərinin, həm də Azərbaycanın ortaq marağına və mənfəətinə səbəb olub. Hazırda da bu istiqamətdə çox böyük və nəhəng potensial mövcuddur. Bu potensialdan istifadə olunmalıdır və buna öz dəstəyimizi göstəririk”.

QHT-lərə dəstəklə bağlı sualın cavabında deyib ki, vətəndaş cəmiyyətlərinin inkişafı həm Azərbaycan, həm də Amerika cəmiyyətinin mühüm elementlərindən biridir.

“Biz Azərbaycanda sağlam vətəndaş cəmiyyətlərinin olmasına dəstək veririk. Hesab edirik ki, bu öz növbəsində hökumətin də sağlam olmasına gətirib çıxarır. Vətəndaş cəmiyyəti ilə hökumət arasında əməkdaşlığın olması, yəni birinin inkişafı digərinin inkişafına təkan verir. Amerika hökuməti uzun müddət Azərbaycanda vətəndaş cəmiyyətinin yaranmasına və inkişafına kömək göstərib. Hesab edirəm ki, bu istiqamətdə mühüm işlər görülür, əlbəttə ki hələ görüləsi işlər də var. ABŞ hökuməti bu istiqamətdə öz dəstəyini göstərəcək. Amerika və Azərbaycan vətəndaş cəmiyyətləri arasında qarşılıqlı əlaqələrin olması və köməkliyin göstərilməsi önəmlidir”.

İrana qarşı sanksiyalarla bağlı suala cavabda E.Rubin bildirib ki, Amerika hökuməti Azərbaycanın beynəlxalq ictimaiyyətin mühüm fəaliyyətinə verdiyi dəstəyi çox yüksək dəyərləndirir.

“Bu mühüm fəaliyyət ondan ibarətdir ki, İranın nüvə silahı yaratmasının qarşısı alınsın. Azərbaycan İranın yaxın qonşusu kimi burada mühüm rol oynaya bilər və bu rolu oynayır. Biz İran rəhbərliyi ilə müəyyən irəliləyişin əldə olunmasın nail olmuşuq. Onlara izah edə bilmişik ki, İranın öz iqtisadiyyatını inkişaf etdirmək, müsbət irəliləyişə nail olmaq və nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək haqqı var. Amma, bütün bu fəaliyyətlər nüvə silahının yayılmaması qanunu çərçivəsində həyata keçirilməlidir. Prezident Obamanın da qeyd etdiyi kimi artıq tətbiq olunmuş sanksiyalar öz təsirini göstərib. Bu İran hökumətini danışılar masası arxasına gətirməyə imkan verib. Bu istiqamətdə səylərin davam etdirilməsi məqsədəuyğundur".

E.Rubin Amerikanın Səsinin daxili demokratiyanın inkişafı və insan haqları ilə bağlı Azərbaycan rəhbərliyi ilə aparılan müzakirələr barədə sualının cavabında deyib ki, dövlət katibi Hillari Klintonun dediyi kimi hər hansı ölkənin ümumi inkişafında demokratiyanın inkişafı mühüm rol oynayır.

“Amerika Azərbaycan müstəqilliyini yenidən əldə etdikdən sonra demokratiyanın inkişafına öz dəstəyini göstərib və bu dəstək davam etdiriləcək. Biz bu istiqamətdə Azərbaycan rəsmiləri ilə müntəzəm olaraq produktiv və müsbət dialoqlar aparırıq. Amerika hökuməti bu istiqamətdə dəstəyini göstərməkdə davam edəcək”.

Azərbaycanın işğal olunmuş ərazisində, Xocalı hava limanın işə salınması ilə bağlı Ermənistan tərəfinin bəyanatları və Azərbaycanın buna qarşı sərt tədbirlər görəcəyi barədə suala cavabda o bildirib ki, Minsk Qrupunun həmsədr dövlətləri bununla bağlı belə bir fikri səsləndirib ki, məsələ həlini danışılar yolu ilə tapmalıdır.

“Bu məsələdə birtərəfli qaydada hər hansı tərəfdən addımlar atılmamalıdır. Belə addımlar münaqişənin həllində ümumi razılığın əldə olunmasına mənfi təsir göstərə bilər və ümumi danışılar prosesini geriyə ata bilər. Amerika da Minsk qrupunun həmsədri kimi bu fikrə qoşulur və məsələnin danışılar, diplomatiya yolu ilə həllinə tərəfdardır”, o qeyd edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG