Accessibility links

Erkin Qədirli: "Hökumətin addımlarını ağlabatan mülahizələrlə dəyərləndirmək çətindir" [Video]


Vaşinqtonda səfərdə olan REAL-ın məclis sədri Amerikanın Səsinə geniş müsahibə verib

Respublikaçı Alternativ (REAL) Siyasi Hərəkatının məclis sədri Erkin Qədirli Amerikanın Səsinə (www.amerikaninsesi.org) verdiyi müsahibədə Vaşinqtona səfəri zamanı Dövlət Departamenti də daxil olmaqla bir neçə qurumda görüşlər keçirdiyini deyib.

İyulun 15-dən 19-dək ABŞ paytaxtı Vaşinqtonda olan REAL-ın məclis sədri Erkin Qədirli Amerikanın Səsinin redaksiyasında da olub.

Amerikanın Səsinə müsahibə verən Erkin Qədirli Azərbaycanın hökumət rəsmisinin Konqresdə keçirilən brifinqə münasibətini dəyərləndirməklə yanaşı, bu brifinqin REAL sədri İlqar Məmmədovun həbsdən azad edilməsinə təsir imkanlarından danışıb. REAL-ın Milli Şuraya qoşulmama səbəblərinə aydınlıq gətirən cənab Qədirli ölkədə hazırki seçki mühitinin vəziyyətindən söhbət açıb. Erkin Qədirli ilə müsahibəni sizə təqdim edirik.
  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG