Accessibility links

Erkin Qədirlinin ölkədən çıxışına qoyulmuş qadağa aradan qaldırılıb [Yenilənib]


Erkin Qədirli ilə müsahibə

Erkin Qədirli ilə müsahibə

Bu gün Erkin Qədirli Başı Şəhər Baş Polis İdarəsinə çağırılaraq ondan üzr istənilib və xaricə çıxışına tətbiq edilən qadağa aradan qaldırılıb.

Qədirli facebook səhifəsində yazır ki, Bakı Şəhər Baş Polis İdarəsində onunla nəzakətlə davranıblar, üzr istəyiblər.

“Dedilər ki, ölkədən getməyimlə bağlı qadağa olub, amma yanlışlıqdan zamanında götürülməyib. ReAl-ın flayerlərilə bağlı mənə, Altay Göyüşova, Natiq Cəfərliyə, Azər Qasımlıya və Xalid Bağırova belə qadağa qoyulub. Mənimlə görüşən Cinayət Axtarışı Şöbəsinin rəisi dedi ki, rəhbərliyin tapşırığı ilə anlaşılmazlıq aradan qaldırılıb və üzr istənilir. Hamımızın üzərindən ölkədən getməklə bağlı qadağa götürülür. Batmış biletə görə dəymiş maddi ziyanın əvəzi kimi, mənə yeni biletin veriləcəyi söylənildi”, o qeyd edib.

***

Iyunun 17-də REAL Hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirli Bakı aerportundan xaricə buraxılmayıb.

Qədirli Facebook səhifəsində yazır ki, bu gecə Türkiyəyə istirahətə gedəcəkdim.

“Bakı hava limanında uçuşa qeydiyyatdan və sərhəd yoxlamasından keçmişdim (pasrpotuma çıxışa icazə verən möhür vurulmuşdu). Amma sərhədi keçdiyim an məni dayandırdılar. Dedilər ki, möhür yanlış vurulub, ölkədən çıxmağıma qadağa qoyulubmuş. Pasportumda çıxışa icazə verən möhürün üstündən "Ləğv olundu" vurdular və məni geri qaytardılar”, o qeyd edir.

Ləğv olunmuş buraxılış

Ləğv olunmuş buraxılış

O, qadağanın kimin tərəfindən və nəyə görə qoyulduğunu sərhədçilərdən öyrənə bilməyib.

“Bilmədiklərini dedilər. Kredit borcum, ödənilməsi üçün nəzərdə tutulmuş qanuni müddətin buraxıldığı cəriməm, vergi orqanlarıyla problemim, məhkumluğum yoxdur, heç bir istintaqa cəlb olunmamışam, məndən iltizam da alınmayıb. Sərhədçilərdən biri, qadağanın "mənim xariclə əlaqələrimə görə" kimi ifadə etdiyi ümumi və heç bir anlam daşımayan gumanı söylədi”.

Qədirli güman edir ki, bu qadağa "Qanun" nəşriyyatından qanunsuz olaraq polis tərəfindən götürülmüş REAl-ın flayerləriylə bağlıdır.

“Sifariş müqaviləsini imzalayanlardan biri mən olmuşam. Həmin flayerlərlə bağlı bizi polisə də çağırmışdılar. İndi məlum oldu ki, ölkədən getmək qadağası da qoyulubmuş”, o qeyd edir.

XS
SM
MD
LG