Accessibility links

“Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vahan Martirosyan Azərbaycana qaçaraq siyasi sığınacaq istəyib.

Bunu APA-ya Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib.

Onun sözlərinə görə, Vahan Martirosyan ailəsi ilə birlikdə "Cənubi Qafqaz Qadın Konqresinin" həmsədri, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Cəmiyyətinin sədri Novella Cəfəroğluna müraciət edib, Ermənistan rejiminin ona qarşı etdiyi fiziki və mənəvi zorakılıqdan bezdiyini, hakimiyyətinin basqısı nəticəsində ana bətnində olan körpəsini itirdiyini və başqa yolu olmadığına görə Azərbaycana gəlmək istədiyini bildirib.

Novella Cəfəroğlu da Vahan Martirosyanın Ermənistan rejimi tərəfindən işgəncələrə məruz qaldığını deyib: “Onun ailəsinə qarşı ağlasığmaz cinayətlər törədilib və biz bu məsələni aidiyyəti qurumlara çatdırdıq. Məsələ müzakirə olunduqdan sonra Vaan Martirosyanın Azərbaycana gəlməsinə razılıq verildi”.

Novella Cəfəroğlu bildirib ki, Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vahan Martirosyan Azərbaycandan siyasi sığınacaq almaq üçün ona müraciət edib və o isə bunu deputat Azay Quliyevə çatdırıb.

O Martirosyanın siyasi sığınacaq istəyinə müsbət cavab verildiyini deyir.

XS
SM
MD
LG