Accessibility links

Suriyadan qaçan ermənilər Ermənistana üz tutur


Hələb şəhərində ermənilər "Allahın Müqəddəs Anası" kilsəsində Milad bayramını qeyd edir. 6 yanvar, 2016.

Hələb şəhərində ermənilər "Allahın Müqəddəs Anası" kilsəsində Milad bayramını qeyd edir. 6 yanvar, 2016.

Suriyadan qaçan ermənilər doğma vətənərində məskunlaşmağa çalışır. Onların yolu Yunanıstan və Türkiyədə sığınacaq axtaranlardan fərqlənir.

Ermənistanda qaçqınları dəstəkləyən Ara Sisseriyanın dediyinə görə, bu insanlar erməni mənşəlidir və onlar Ermənistana "vətən" deyə üz tuturlar.

2011-ci ildə Suriya münaqişəsi baş qaldırdıqdan sonra 17 min erməni əsilli suriyalı Ermənistana yola düşüb. Onların 80 faizi Ermənistanda qalmağa qərar verib.

Bu insanlar erməni mənşəlidir və onlar Ermənistana vətən deyə üz tuturlar

Təhlilçilər deyir ki, xaricə qaçan 3 milyon suriyalı ilə müqayisdə Ermənistanda sığınacaq tapmaq daha asan olub.

Xristian ermənilərin Suriya tarixi qədimdir. Onların əksəriyyəti Suriyaya Osmanlı İmperatorluğu dövründə köçüb. Ermənilər əsasən Suriyanın Raqqa, Hasaka və Hələb şəhərlərində məskunlaşıb və yüz illərlə o bölgələrdə yaşayıb.

Lakin Suriyanın vətəndaş müharibəsi başlayandan bəri onlar dini və sosial təzyiqlərə məruz qalıb. Suriyada 90-dan artıq erməni kilsəsi dağıdılıb.

İŞİD-in nəzarəti altında olan bölgələrdə xristianlara qarşı sərt qanunlar tətbiq edilir. Onlar müsəlmansayaq geyimlərə və cizyə (qeyri-müsəlmanların vergisi) ödəməyə məcbur edilir.

İŞİD xristianların yaşadığı bölgələri müsadirə, onlardan canlı qalxan kimi istifadə edir.

Ermənistanda sığınacaq tapan ermənilərin əksəriyyəti 40 min erməninin yaşadığı Hələb şəhərindən qaçanlardır.

2013-cü ildə Hələbin hava limanının dağılması ilə şəhəri tərk etmək çətinləşib.

Hazırda ermənilər qaçaqmalçılara pul ödəyərək müxtəlif gizlin yollarla ölkəni tərk edir.

Lakin onlar Ermənistan-Türkiyə əlaqələrindən ehtiyat etdikləri üçün Türkiyə deyil, Livana üstünlük verirlər.

BMT hazırda qaçqınların yerləşdirilməsi üçün əlavə 6.4 milyon dollara ehtiyac olduğunu bildirir.

Onlar üçün Ermənistan bütün hallada Suriya və konfliktdə olan başqa ölkələrdən daha yaxşıdır.

Ermənistanla Azərbaycan qüvvələri arasındakı təmas xəttində gərginlikərin son vaxtlar artmasına baxmayaraq fəallar çox az erməninin Suriyadan qaçmağı götür-qoy etdiklərini deyir.

“Onlar üçün Ermənistan bütün hallada Suriya və konfliktdə olan başqa ölkələrdən daha yaxşıdır,” Sisseriyan deyir.

XS
SM
MD
LG