Accessibility links

Ermənistan ordusunda Azərbaycana işləyənlər həbs edilib


Agent-Plakat
Agent-Plakat

Hərbiçilər dövlət və xidməti, hərbi sirləri Azərbaycana verməkdə ittiham olunur

İyunun 22-də Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) Müdafiə Nazirliyinin hərbi hissəsinin hərbçisi, Kapan şəhər sakini, Movsisyan Mane Artaşesovnanı həbs edib.

Ermənistan MTX-nin əldə etdiyi faktlara görə, M.Movsisyan 2012-ci ilin yanvarında xidmətə keçməzdən əvvəl Azərbaycan xüsusi xidmətinin Türkiyə ərazisində fəaliyyət göstərən əməkdaşı ilə tanış olub. O, Odnoklassniki, mail.ru agent və Facebook sosial şəbəkələrində özünü S Dr, Seryan Dervişyan, Tigran Dervişyan kimi təqdim edib. M.Movsisyan Ermənistan Müdafiə Nazirliyinə işə keçəndən sonra da yazışma davam edib. Məlumatlara görə, M.Movsisyan Azərbaycanın xüsusi xidmət orqanlarına Ermənistan haqda hərbi xarakterli, dövlət və xidməti sirr təşkil edən məlumatlar ötürürmüş.

Analoji cinayəti törətdiyinə görə iki nəfərdə Dağlıq Qarabağın MTX-i tərəfindən həbs olunub. Onlardan biri Dağlıq Qarabağ “müdafiə ordusu”nun hərbçisi olub. Onlar da İnternet vasitəsi ilə Azərbaycanın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən ələ alınıblar. Hazırda onlara qarşı məhkəmə istintaqı aparılır. Bu barədə Turan agentliyi Ermənistan MTX-nin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG