Accessibility links

Ermənistanın iki hərbçisi öldürülüb


Yaralanan əsgər vəfat edib

Yaralanan əsgər vəfat edib

Ermənistanın Müdafiə Nazirliyi fevralın 28-də Azərbaycanla cəbhənin şimal-şərq hissəsində növbəti toqquşmanın olduğunu bildirib. Nəticədə iki erməni hərbçisi, - Artak Aqekyan və Ayk Baroyam həlak olublar.

Azərbaycan Müdafiə Nazirliyi bununla bağlı açıqlama vermir və ermənilərin bəyanatını şərh etmir. Eyni zamanda nazirliyin məlumatında qeyd olunur ki, fevralın 28-də sözügedən istiqamətdə atışma baş verib.

Azərbaycan Müdafiə Nazirliyinin isə bir əsgəri xəstəlikdən ölüb. Nazirliyin mətbuat xidmətinin məlumatına görə, Gəncə şəhərində yerləşən hərbi hissədə xidmət edən əsgər Vicay Pərvanəyev kəskin ürək və tənəffüs çatışmazlığı səbəbindən martın 2-də vəfat edib.

Hazırda məhkəmə-tibb ekspertizası araşdırma aparır. Hərbi Prokurorluq tərəfindən fakt üzrə cinayət işi başlanılıb.


XS
SM
MD
LG