Accessibility links

İki erməni QHT nümayəndəsi Bakıya gəlib-bəyanat [Video] (Yenilənib)


Vahe Avetyan və Vaan Martirosyan
Vahe Avetyan və Vaan Martirosyan

Bakıda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq konfrans keçirilib

"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: nizamlanmanın əsas maneələri və perspektivləri: Ermənistandan və Azərbaycandan baxış" mövzusunda beynəlxalq konfransın iştirakçıları Azərbaycan və Ermənistan prezidentlərinə və xalqlarına müraciət qəbul edib.

Dağlıq Qarabağ münaqişəsi dövlətlərin beynəlxalq aləmdə tanınmış sərhədləri çərçivəsində həll edilməlidir. 2016-cı ilin aprelində baş verən hadisələr müharibənin bərpası riskinin böyük olduğunu göstərib, bir halda ki, hərbi məqsədlər üçün xərclənən vəsait insanların rifahının yüksəldilməsinə sərt oluna bilər.

"Ermənistan və Azərbaycan xalqları bu gərginlikdən yorulub. Biz artıq kənardan kiminsə gəlib bizə kömək edəcəyini düşünməyə son qoymalıyıq", sənəddə qeyd olunur.

"Münaqişənin sülh yolu ilə həlli Azərbaycanda və Ermənistanda iqtisadi inkişafa şərait yaradacaq, bu da xalqlar arasında sülhün möhkəmlənməsinə təkan verəcək. Ermənistan işğal etdiyi əraziləri tərk etməlidir, qaçqın və məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmalıdır", bəyanatda deyilir.

Azərbaycanda 30 min erməninin sərbəst şəkildə yaşaması göstərir ki, sülh şəraitində ermənilərin Azərbaycanda yaşaması üçün heç bir maneə yoxdur. "Ermənilərin və azərbaycanlıların birgə yaşamasının mümkün olmadığı haqqında fikir qəbul edilməməlidir.

Dağlıq Qarabağa Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ən yüksək muxtariyyət verilməsi ideyası nəzərə alınmalıdır, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının dialoquna üstünlük verilməlidir.

Bunun üçün BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməlidir. Helsinki Yekun Aktını diqqətə alaraq, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün hər şey edilməlidir", sənəddə bildirilir.

Xatırladaq ki, konfransın işində erməni dissidentlər Vahe Asetyan və Vaan Martirosyan da iştirak edib.

***

Noyabrın 8-də Bakıda Hyatt Regency otelində Ermənistan-Azərbaycan münaqişəsi və perspektivləri mövzusunda konfrans açılıb. Konfrans hakimiyyətin himayəsilə hökumətyönümlü QHT-lərin iştirakı ilə keçirilir.

Bakıda keçirilən konfransda ilk dəfədir müstəqil erməni QHT nümayəndələri öz arzuları ilə iştirak edir. Belə ki, erməni QHT nümayəndədləri Vahe Avetyan və Vaan Martirosyan öz arzusu ilə Bakıya gəlib. Vaan Martirosiyan 2015-ci idlə Azərbaycandan siyası sığınacaq istəyib, bu il oktyabrın 1-də isə İsveçdən Bakıya gəlib və hava limanından geri qaytarılıb.

Vahe Avetyan (Foto Vahe Avetianın səhifəsindən götürülüb)
Vahe Avetyan (Foto Vahe Avetianın səhifəsindən götürülüb)

Avetyan və Martirosiyan Ermənistan hakimiyyətinə qarşı müxalifətdədir, həmçinin Qarabağ məsələsində Azərbaycanla barışığa tərəfdardır.

"Mən Bakıya bir şəxs, bir yazıçı, bir insan olaraq gəlmişəm. Məsələni araşdırdım və özüm Bakıya yollanmaq, Xocalı soyqırımı qurbanlarının abidəsi önünə gül dəstəsi qoyub günahsız ölən insanların müqəddəs xatirəsi qarşısında baş əymək istədim", bu barədə konfransda Vahe Avetyan bildirib.

O bildirib ki, Azərbaycan məni yaxşı qəbul etdi.

“Bakı şəhəri ilə bağlı xatirələrim parlaq olacaq. İlk dəfə bir həftə əvvəl bura gəlmişdim və bunu özüm üçün Həcc səfəri hesab etdiyimi demişdim. Günahsız şəhidlərin müqəddəs xatirəsi qarşısında baş əyməyə borclu idim. Allaha şükür bu baş verdi", Avetyan qeyd edib.

O, insanlığın siyasətdən daha əhəmiyyətli olduğunu vurğulayıb.

Bakıda erməni kilsəsi
Bakıda erməni kilsəsi

"Humanizmə öz ölkənə məhəbbət də daxildir. Məhz humanizm üzərində hər şeyi qurmaq olar",publisist belə fikriləşir.

Onun sözlərinə görə, münaqişə tərəfləri Qarabağa sülh gətirmək üçün hələ bir çox məsələlər üzərində işləməlidir.

"Bakıya erməni siyasətçilərin və sülhməramlıların gələcəyinə çox ümid edirəm. Problemi indi həll etməsək, sonra daha böyük problemlər ortaya çıxacaq. Azərbaycanlılar və ermənilərin münasibətlərində çoxlu müsbət halları xatırlayırıq. Biz ümumi cəhəti çox olan nəsilik. Münaqişəni radikal gənclərə qoyub gedə bilərik. Onsuz da uşaqlarımızı darda qoymuşuq. Bu münaqişəni həll etməyə çağırıram", V.Avetyan vurğulayıb.

Vahe Avetyan ötən gün Bakıda gəzintiyə çıxıb, erməni kilsəsində, tarixi yerlərdə olub və öz səhifəsində çoxsaylı fotolar yerləşdirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG