Accessibility links

Erməni məhkəməsi azərbaycanlıların apellyasiya şikayətini təmin etməyib


Dilqəm Əsgərov və Şahbaz Quliyev məhkəmədə

Dilqəm Əsgərov və Şahbaz Quliyev məhkəmədə

Martın 10-da ermənilərin nəzarət etdiyi Dağlıq Qarabağda məhkəmədə Kəlbəcər rayonunun keçmiş sakinləri Dilqəm Əsgərov və Şahbaz Quliyevin apellyasiya şikayətinə baxılıb.

Məhkəmə şikayəti təmin etməyərək əvvəlki qərarı – D.Əsgərovun ömürlük, Ş.Quliyevin 22 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərarı qüvvədə saxlayıb.

Xatırladaq ki, D.Quliyev və Ş.Əsgərov, həmçinin Həsən Həsənov 2014-cü il iyunun 29-da ermənilərin işğalında olan Kəlbəcər rayonuna gediblər. Onlar bildiriblər ki, məqsədləri doğmalarının məzarlarını ziyarət etmək olub. Lakin ermənilərin əlinə keçiblər. Atışma zamanı H.Həsənov öldürülüb. D.Quliyev və Ş.Əsgərov əsir götürülüb.

Erməni tərəfi bildirib ki, onlar 17 yaşlı gənci və Ermənistan ordusunun zabitini öldürüblər.

Kəlbəcərlilərin barəsində hökm ötən il dekabrın ortalarında çıxarılıb. Məhkumlar günahlarını etiraf etməyib.

XS
SM
MD
LG