Accessibility links

Ermənistan vətəndaşı Azərbaycana keçib


Ananyan Sarkis
Ananyan Sarkis

Avqustun 26-da Ermənistan vətəndaşı Ananyan Sarkis Norikoviç Azərbaycan-Ermənistan dövlət sərhədini pozaraq qeyri-qanuni olaraq Azərbaycanın ərazisinə keçib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə könüllü olaraq Qazax rayonunun Kəmərli kəndi istiqamətində Azərbaycan ərazisinə keçərkən S.Ananyan müdafiənin ön xəttində yerləşən Azərbaycan Silahlı Qüvvələrimizin bölmələri tərəfindən saxlanılıb.

Mətbuat xidməti məlumatına görə ikin araşdırma nəticəsində məlum olub ki, Ermənistanın Noyemberyan rayonundan olan S.Ananyan ölkəsindəki sosial vəziyyətin agırlığından, şəraitsizlikdən və səfalətdən narazıdır. “O, bildirib ki, 10 yaşından sol ayağında problemlər olduğuna görə təhsildən və hərbi xidmətdən kənarda qalıb.Dolanışığı çətin olduğuna görə həmişə muzdlu əməklə məşğul olub. Ölkəsindəki çətin durumdan bezdiyini deyən erməniyə görə, sosial vəziyyət o həddə çatıb ki, onun həmkəndlilərinin əksəriyyəti Azərbaycana keçmək, burada sığınacaq tapmaq niyyətindədirlər”, mətbvuat xidməti bildirir.

Saxlanılan Ermənistan vətəndaşı hazırda həkimlərin nəzarəti altındadır və onunla beynəlxalq hüquq normaları tərəfindən təsbit edilmiş qaydalar çərçivəsində davranılır.

Ermənistan tərəfi məkumatla bağlı hələ münasibət bilduirməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG