Accessibility links

Narkotik İran-Ermənistan-Gürcüstan-Türkiyə marşrutu ilə aparılırmış

Ermənistanın Milli Təhlükəsizlik Xidməti İrandan Ermənistan ərazisi vasitəsi ilə Gürcüstana aparılan böyük miqdarda narkotik partiyasını aşkarlayıb.

“Novosti-Armeniya” saytı Ermənistan Milli Təhlükəsizlik Xidmətinə istinadən bildirir ki, İranla Ermənistan sərhədində Meğri sərhəd-keçid məntəqəsində Ermənistanın gömrük əməkdaşları avtomobilə baxış zamanı 927 kiloqram heroin aşkarlayıb. Narkotikin təxmini qiyməri 100-200 milyon dollar arasında hesablanır.

Avtomobilin sürücüsü 1953-cü il təvəllüdlü Gürcüstan vətəndaşı Avtandil Martiaşvili saxlanılıb.

“Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, İran-Ermənistan-Gürcüstan-Türkiyə marşrutu ilə aparılan narkotik qaçaqmalçılığının təşkilatçılarından biri Türkiyə vətəndaşı, 1973-cü il təvəllüdlü Uğurlu Osmandır”, agentlik bildirir.
XS
SM
MD
LG