Accessibility links

Azərbaycan Ermənistan vətəndaşını ölkəsinə qaytarıb


Avqustun 7-də Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisində saxlanılan Ermənistan vətəndaşı Henrix Agetyan avqustun 23-də Azərbaycan-Ermənistan sərhədinin Sədərək rayonu (Naxçıvan MR) istiqamətində qarşı tərəfə qaytarılıb.

Xəbəri Azərbaycanın əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yayıb.

Xatırladaq ki, Azərbaycan və Ermənistan arasında 1988-ci ildən başlanan münaqişə hələ də davam edir. Münaqişə nəticəsində tərəflər minlərlə insanını itirib. On mindən çox insan əsir və girov götürülüb, itkin düşüb.

XS
SM
MD
LG