Accessibility links

Ermənistan və İran müştərək elektrik stansiyanın tikintisinə başlayıb


Ermənistan və İran iki ölkənin sərhəd ərazisində müştərək su elektrik stansiyası tikintisinə başlayıb.

Ermənistan prezidenti Serj Sərkisyan və İranın enerji naziri Məcid Namjonu müşayiət edən nümayəndə heyətinin üzvləri cümə axşamı Ermənistanın cənubunda yerləşən Mehri şəhərində Araz çayı üzərində tikiləcək stansiyanın təməlqoyma mərasimində iştirak ediblər.

Elektrik stansiyanın tikintisi beş il davam edəcək. Stansiya fəaliyyətə başladıqdan sonra 15 il müddətinə İranı enerji ilə təmin etdəcək, daha sonra Ermənistana təhvil veriləcək.

İran mübahisəli nüvə proqramına görə beynəlxalq sanksiyalara məruz qaldığı üçün ticarət əlaqələrini genişləndirməyə çalışır.

Dənizə çıxışı olmayan və siyasi problemlərinə görə iki qonşu dövlət Azərbaycan və Türkiyə tərəfindən sərhədləri qapadılaraq iqtisadi blokadaya alınmış Ermənistan Tehranla əlaqələrini genişləndirmək istəyir.

Keçən ay hər iki ölkə ikitərəfli ticarəti artıraraq iqtisadi əlaqələri genişləndirmək, su elektrik stansiyası, elektrik ötürücü xəttləri, dəmir yolu və müştərək layihələri sürətləndirmək üçün razılıq əldə ediblər.
XS
SM
MD
LG