Accessibility links

Azərbaycan bu sensasion bəyanatla çıxış edib

Ermənistana qaz verilməsi mümkündür. Bu sensasion bəyanatla Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) çıxış edib. Şirkətin rəsmi saytında yayılan bəyanatda deyilir:

"Azərbaycanla hərbi-siyasi münaqişə vəziyyətində olan Ermənistan dövlətinin indiyə qədər tutduğu qeyri-konstruktiv mövqe erməni xalqını açınacaqlı duruma salmışdır.

Azərbaycan təbii qaz ixracatçısı olan ölkələr sırasında özünə layiqli yer tutur. Region ölkələrindən Gürcüstan və Türkiyənin təbii qaz təminatında mühüm rol oynayan respublikamız Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edən “Cənub qaz dəhlizi” layihəsinin gerçəkləşdirilməsi istiqamətində Avropa Birliyi ilə məqsədyönlü surətdə intensiv iş aparır.

Artıq Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş Transanadolu qaz boru kəməri (TANAP) layihəsi “Cənub qaz dəhlizi”nin əsas elementi kimi beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmiş, bu istiqamətdə Türkiyə şirkətləri ilə ARDNŞ arasında səmərəli əməkdaşlıq şəraitində ilk uğurlu addımlar atılmışdır. “Şahdəniz” konsorsiumu Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyi konsepsiyası çərçivəsində bu ölkələrə qaz tədarükünün həyata keçiriləcəyi qaz boru kəmərləri marşrutları üzrə yekun qərar verilməsinə yaxındır."
XS
SM
MD
LG