Accessibility links

Yerevanda keçirilən mərasimdə I Dünya Müharibəsi zamanı öldürülən ermənilərin xatirəsi yad edilib

Minlərlə insan və bəzi dünya liderləri I Dünya Müharibəsi zamanı ermənilərin Osmanlı türkləri tərəfindən öldürülməsinin 100 illiyini qeyd etmək üçün Ermənistana toplaşıb.

Qonaqlar hadisə qurbanlarının xatirəsini yad edən məşəli ziyarət edib. Hər bir qonaq ildönümün simvolu olan çələngin üzərinə sarı qərənfil qoyub.

Paytaxt Yerevanda danışan Ermənistan prezidenti Serj Sarkisyan gələn dünya liderlərinə insan dəyərləri öhdəliklərinə sadiq qaldıqlarına görə təşəkkür edib və deyib ki, heç nə unudulmur.

Ermənistan bildirir ki, I Dünya Müharibəsi zamanı 1.5 milyon erməni qətlə yetirilib və bu, soyqırım hesab olunmalıdır. Türkiyə döyüşlər zamanı çoxsaylı ermənini qətlə yetirdiyini qəbul etsə də, soyqırım ifadəsini qəti şəkildə rədd edir.

Ermənistan prezident ümid edir ki, qətliyamın soyqırım kimi tanınmasına dair son cəhdlər 100 illik qaranlığın aydınlığa çıxmasına kömək edəcək.

Fransa prezidenti Fransua Ollandın sözlərinə görə, mərasimdə iştirakı həmçinin barışığa yardım mahiyyəti daşıyır.

Rusiya prezidenti Vladimir Putin qonşu ölkələr arasında ortaq maraqların hörmətlə qarşılanmasına və dəstəklənməsinə çağırıb.

XS
SM
MD
LG