Accessibility links

Erməni əsir Azərbaycanda intihar edib


Manvel Saribekyan Ermənistan-Azərbaycan cəbhəsinin şimal-qərbində təxribat qrupu zərərsizləşdirilərkən əsir alınmışdı

Azərbaycan hərbçiləri tərəfindən əsir alınmış Ermənistan kəşfiyyatçısı Manvel Sarıbekyan intihar edib.

Azərbaycan Müdafiə nazirliyi və Respublika Hərbi Prokurorluğunun birgə məlumatında deyilir ki, sentyabrın 11-də cəbhənin şimal-qərb istiqamətində bir neçə nəfərdən ibarət olan erməni təxribat qrupunun qarşısı alınarkən kəşfiyyatçıya aid olan bir sıra ləvazimatlarla birlikdə yaxalanan Manvel Sarıbekyan oktyabrın 5-də gecə saat 3-də intihar edib. Fakt üzrə Bakı Hərbi Prokurorluğunun əməkdaşları, məhkəmə tibb eksperti və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış və meyitin xarici müayinəsi keçirilib. Müəyyən olunub ki, Manvel Sarıbekyan müvəqqəti saxlanma yerində köynəyi ilə yataq mələfəsini bir-birinə düyünləyərək özünü asıb.

XS
SM
MD
LG