Accessibility links

Ermənistan-Azərbaycan cəbhəsində 3 hərbiçi həlak olub


Ermənistan-Azərbaycan cəbhəsində 3 hərbiçi həlak olub
Ermənistan-Azərbaycan cəbhəsində 3 hərbiçi həlak olub

Azərbaycan və Ermənistan müdafiə nazirləri Səfər Əbiyev və Seyran Ohanyan Brüsselə səfərləri çərçivəsində görüşüb. Görüşdə qoşunların təmas xəttində atəşkəsin pozulması diqqət mərkəzində olub.

Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejiminin pozulması nəticəsində ötən gün hər iki tərəfdən itkilər olub.

Azərbaycan Müdafiə nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsi radiosuna bildiriblər ki, Ermənistan tərəfin atəşkəs rejimini pozması nəticəsində Tərtər və Tovuz rayonlarında Azərbaycan Silahlı Qüvvələrinin hərbiçiləri Novruz Əliyev və Süleyman Əsgərov həlak olub.

Ermənistan mediası isə Ermənistan Silahlı Qüvvələrinin bir hərbiçisinin həlak olduğunu, iki əsgərin isə yaralandığını bildirir.

Xatırladaq ki, cəbhədə qarşıdurma Fransa prezidenti Nikila Sarkozinin Cənubi Qafqaz səfəri zamanı baş verib. Belə ki, Fransa prezidenti bu gün Ermənistanda səfərdədir, sabah isə Azərbaycana gələcək.

Elə bu gün, Azərbaycan və Ermənistan müdafiə nazirləri Səfər Əbiyev və Seyran Ohanyan Brüsselə səfərləri çərçivəsində görüşüb.
Görüşdə qoşunların təmas xəttində atəşkəsin pozulması diqqət mərkəzində olub.

XS
SM
MD
LG