Accessibility links

Ermənistan-Azərbaycan münaqişəsində 4575 nəfər azərbaycanlı itkin düşüb


Ermənistan-Azərbaycan münaqişəsində 4575 nəfər azərbaycanlı itkin düşüb
Ermənistan-Azərbaycan münaqişəsində 4575 nəfər azərbaycanlı itkin düşüb

Avqustun 26-sı Beynəlxalq İtkin Düşmüşlər Günüdür. BQXK-nin məlumatına görə, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində Azərbaycan tərəfdən itkin düşənlərin sayı 4575 nəfər təşkil edir. Onlardan 3631-i üzrə məlumat toplanıb.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) məlumatına görə, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində Azərbaycan tərəfdən itkin düşənlərin sayı 4575 nəfər təşkil edir.
Onlardan 3631-i üzrə məlumat toplanıb, 150 nəfər ilə bağlı məlumat Əsirlərin, Girovların və İtkin Düşmüşlərin işləri üzrə Azərbaycan Dövlət Komissiyasına ötürülüb.

BQXK-nin müdafiə proqramı koordinatoru Silve Granişer (Silvie Graenicher) jurnalistlərə bildirib ki, BQXK və Azərbaycan Qırmızı Aypara Cəmiyyəti tərəfindən əsasən itkin düşən şəxslərin ailələrindən və yaxınlarından antimorten informasiya (ante morten data) toplanır. O qeyd edib ki, hazırda daha bir neçə ailədən antimorten informasiyanın toplanması prosesi gedir. Sonradan bu məlumatlar da Dövlət Komissiyasının vahid məlumatlar bazasına ötürüləcək.
Qarşı tərəfdə də analoji iş aparılır. Silvi Qranişerin sözlərinə görə, BQXK bütün itkin düşmüş şəxslərin - istər hərbi əsirlərin, istər mülki şəxslərin axtarışını aparır və bu məsələdə həmişə Azərbaycanın müvafiq qurumlarına kömək etməyə hazırdır.
Xatırladaq ki, avqustun 26-sı Beynəlxalq İtkin Düşmüşlər Günüdür.

XS
SM
MD
LG