Accessibility links

Ermənistan protokolları ratifikasiya etmədi


Ermənistan hökuməti Türkiyənin protokolların qeyd-şərtsiz və lazımı müddət ərzində qəbul olunmasından imtina etməsini əsas gətirib

Ermənistan prezidenti Serj Sarkisyan bildirib ki, onun ölkəsi Türkiyə ilə münasibətləri normallaşdırmağı nəzərdə tutan protokolların ratifikasiyasını təxirə salır. O bunun ratifikasiyanı dayandırmaq demək olmadığını bildirib.

Ermənistan hökuməti bu addım üçün Türkiyənin protokolların qeyd-şərtsiz və müəyyən müddət ərzində qəbul edilməsindən imtina etməsini əsas gətirib.

Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan prezident Sarkisyanın açıqlamalarını rədd edərək deyib ki, Ankara razılığa dair bir çox öhdəliklərin yerinə yetirilməsində maraqlı olduğunu göstərib.

Ermənistanın bu addımı aprelin 24-ü Birinci Dünya müharibəsi zamanı ermənilərin iddia etdiyi soyqırımın 95-ci ildönümü ərəfəsində atılır.

Türkiyə və Ermənistan liderləri keçən il iki ölkə arasında münasibətlərin bərpası və illərdir davam edən düşmənçiliyə son qoymaq üçün protokollara imza atıbla

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG