Accessibility links

Ermənistanla Azərbaycan qüvvələri arasında toqquşma olub


Ermənistanla Azərbaycan qüvvələri arasında toqquşma olub

Ermənistanla Azərbaycan qüvvələri arasında toqquşma olub

Erməni tərəfinin 4, Azərbaycanın isə 1 əsgəri həlak olub

Ermənistanın Müdafiə Nazirliyi bildirib ki, Azərbaycanın Dağlıq Qarabağ regionunda baş vermiş toqquşma zamanı 4 erməni əsgəri öldürülüb, 4 nəfər isə yaralanıb. Hərbi rəsmilərin sözlərinə görə, atışma dünən Azərbaycan silahlı kəşfiyyat qrupunun regiona daxil olduğu zaman baş verib. Onlar deyir ki, qrupun geri çəkilməsindən öncə toqquşma nəticəsində bir Azərbaycan əsgəri də həlak olub. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan rəsmi Bakını Dağlıq Qarabağın gələcək statusu ilə bağlı danışıqlara mane olmaq məqsədilə atışmaya təhrik etməkdə günahlandırıb. Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov isə cavab olaraq bildirib ki, Dağlıq Qarabağda toqquşmalar rəsmi Bakının heç vaxt ərazilərinin işğal olunması ilə barışmayacağını göstərir.

XS
SM
MD
LG